Azərbaycan Kanadaya nota göndərdi
XƏBƏR / 25.01.2018 16:17
2 sentyabr 2017-ci il tarixində Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da XİN tərəfindən adları "Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada Parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderlə bağlı Kanadadakı Səfirliyimiz Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlayıb.
Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olmuş cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin Kanadanın "Dağlıq Qarabağ Respublikası” və ya onu təmsil edən "rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.
Bu xüsusda, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada Parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barəsində öncədən xəbərdar edilmədiyi bildirilir. Notada həmçinin Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən qeyri-qanuni olduğu qeyd olunur.
Oxunub: 324
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim