Uşaqlarda göz xəstəlikləri artıb - Həkim SƏBƏBLƏRİ sadaladı
Cəmiyyət / 25.01.2018 17:21
Texnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirəklə bərabər, eyni zamanda müəyyən xəstəliklərə də yol açır. Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Və buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur. Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.
Oftalmoloq cərrah Taryel Rüstəmov Modern.az-a bildirib ki,uşaqlar çox erkən yaşlarda telefon və komüterdən istifadə etməyə başlayırlar. Bu da azyaşlılarda göz zəifləməsini sürətləndirir:
"Azyaşlı uşaqlarda göz zəifliyinin əsas səbəblərin biri budur ki, onlar kompüter və telefonda oyun oynamağı sevirlər. Bu oyunlar uşaqları özünə aludə edir. Nəticədə onlardan aşırı dərəcədə istifadə etməyə başlayırlar. Valideynlər belə vəziyyətlərə hazır olmalı və övladlarına xüsusilə diqqət etməlidirlər ki, sonda bu problemlə üzləşməsinlər”.
Taryel Rüstəmov qeyd edib ki, azyaşlı uşaqlarda göz zəifliyinin digər səbəbləri də çoxdur: "Qohum evlilikləri, irsi amillər, bununla yanaşı, metobolik xəstəliklərin olması, gözün orqanik xəstəlikləri, akkommadasiyanın spazmı və başqa amillərdən irəli gələ bilər”.
Taryel Rüstəmovun sözlərinə görə, ciddi göz xəstəliklərindən əziyyət çəkən uşaqlar dərhal əməliyyat edilməlidir: "Elə xəstəliklər var ki, xəstənin uşaq vaxtında dərhal əməliyyat olunmasına ehtiyac olmur. Onlar uşaq yaşlarından ciddi nəzarətimiz altına götürülür. Müəyyən yaşdan sonra, adətən, 18-21 yaşdan sonra əməliyyat olunurlar. Ancaq katarakta, çəplik, anadangəlmə qlaukoma kimi ciddi göz xəstəliyinə tutulmuş uşaqlar ən tez zamanda əməliyyat olunmalıdırlar”.
Taryel Rüstəmov bildirib ki, uşaqların qida rasionuna diqqət etməsi vacibdir: "Daha çox vitaminli qidalardan istifadə edilməsi məqsədə uyğundur. Balıq məhsullarına,eləcə də meyvə-tərəvəz, süd və süd məhsullarına üstünlük verilməlidir”.
Oxunub: 346
08.06.2026
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim