reklam
USD
13 ℃
EUR
BAKI

Malayziyanın Perlis ştatı Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

RƏSMİ / 28.01.2018 15:51
Malayziyanın Perlis ştatı Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Bu sözləri ştatın Baş naziri Dato Seri Azlan Man Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin həmin ştata səfəri çərçivəsində keçirilən görüşü zamanı deyib.

Cari ilin yanvarında mövcud əməkdaşlığın davamı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasına dair tədbirlər planı çərçivəsində səfir Q.Allahverdiyev Perlis ştatına səfər edib.

Perlis ştatının Baş naziri ilə görüş zamanı Azərbaycan ilə ştat arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Dato Seri Azlan Man 2012-ci ildə Azərbaycanda səfərdə olduğunu və ölkəmizdən gözəl təəssüratlarla qayıtdığını qeyd edib. Ştatın sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verən Baş nazir Perlisdə əlverişli biznes mühitinin olduğunu qeyd edib, Azərbaycanın iş adamlarını Perlis iqtisadiyyatına investisiya qoymağa, həyata keçirilən layihələrdə yaxından iştirak etməyə dəvət edib. Bu məqsədlə Azərbaycan və Perlis iş adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Perlis Universitetində (UniMAP) keçirilən görüşdə səfir Q.Allahverdiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, ölkəmizin tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki quruculuq işləri, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, Azərbaycan-Malayziya münasibətləri barədə geniş mühazirə ilə çıxış edib.

Səfir cari ilin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə təsadüf etdiyini bildirib, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini qeyd edən səfir Bakının Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, "Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumu, Formula-1 yarışları, IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi barədə də məlumat verib.

Azərbaycan-Malayziya münasibətləri haqqında danışan səfir iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq səviyyəsində olduğunu, bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini, iki dost ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini bildirib.

Malayziyanın Baş naziri Dato Sri Mohd Bin Tun Abdul Razakın 2014-cü ilin sentyabrında Azərbaycana rəsmi səfər etdiyini və səfər çərçivəsində bir neçə saziş və birgə bəyannamənin imzalandığını vurğulayıb.

Perlis ştatının vəliəhd-şahzadəsi, Universitetin rektoru Tuanku Syed Faizuddin Putra çıxışında dəvəti qəbul edib Perlisə səfərə və UniMap-da tələbələr qarşısında çıxışa görə səfirə təşəkkür edib. 2017-ci ildə onun rəhbərliyi ilə UniMap-ın 35-ə yaxın müəllim və tələbə heyətinin Azərbaycana səfərini xüsusi qeyd edib, ölkəmizdə olduğu müddətdə nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını çatdırıb.

Vəliəhd-şahzadə ölkəmizə səfərinin onda böyük və unudulmaz təəssüratlar yaratdığını bildirib, Azərbaycanda aparılan quruculuq işlərindən danışıb, Bakı şəhərinin füsunkar gözəlliyinə heyran qaldığını vurğulayıb.

Sonra Universitetin kitabxanasında "Azərbaycanı kəşf et” adlı sərginin açılışı olub. Sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə, ölkəmizin tarixinə, mədəniyyətinə, turizm potensialına aid kitablar, fotoşəkillər, habelə xalça nümunələri, rəsm əsərləri, əl işləri, milli suvenirlər nümayiş olunur. Sərgidə nümayiş etdirilən eksponatlara böyük marağı nəzərə alan Universitetin rəhbərliyi sərginin cari ilin fevral ayı ərzində ştatın digər təhsil və mədəniyyət ocaqlarında nümayiş etdirilməsini xahiş edib və bu, səfirlik tərəfindən razılıqla qarşılanıb.

Səfirlik tərəfindən malay dilinə tərcümə olunmuş Viktor Andryanov və Hüseynbala Mirələmovun həmmüəllifləri olduğu "Görkəmli adamların həyatı” silsiləsindən "Heydər Əliyev” kitabı və Azərbaycanın tarixi, mədəniyyəti və turizminə aid ingilis dilində bir sıra kitablar Universitetin kitabxanasına hədiyyə olunub.

Perlis ştatının Sultanı, Malayziyanın 12-ci Kralı (2001-2006-cı illər) Tuanku Syed Sirajuddin ibni Almarhum Tuanku Syed Putra Jamalullail ilə görüşdə Azərbaycan-Malayziya münasibətləri, səfirlik ilə Perlis ştatı arasında əlaqələrin gələcək istiqamətləri, UniMap-da təşkil olunmuş mühazirə və "Azərbaycanı kəşf et” adlı sərgi və digər mövzular ətrafında müzakirələr aparılıb.


Oxunub: 481






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim