reklam
USD
9 ℃
EUR
BAKI

Azərbaycan 22 qanunsuz miqrant saxlanılıb

XƏBƏR / 29.01.2018 15:08
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 nəfər Türkiyə Respublikası, 7 nəfər Pakistan İslam Respublikası, 4 nəfər Hindistan Respublikası və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 22 əcnəbi saxlanılıb.
DMX-nin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadıqları üçün saxlanılmış 9 nəfər Türkiyə vətəndaşının küllü miqdarda pul qarşılığında Avropaya göndərilmək məqsədi ilə Türkiyədə yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildiyi məlum olub.
Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Süleyman Kayikciogluna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Süleyman Kayikciogluna məxsus "İNSMARK” şirkəti tərəfindən qeyd olunan 9 nəfər əcnəbiyə iş və müvəqqəti yaşama icazəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstərib.
Lakin DMX tərəfindən əcnəbilərin faktiki olaraq "İNSMARK” şirkətində işləmədikləri aşkarlanıb, onların yalan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.
Azərbaycanda müvafiq yaşama icazələri ləğv edilmiş əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya göndəriləcəklərinə inanaraq, müxtəlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qaçırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.
Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş 1 nəfər Türkiyə vətəndaşı, 4 nəfər Hindistan vətəndaşı və 7 nəfər Pakistan vətəndaşı, 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.
Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təsdiqini tapıb.


Oxunub: 450






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim