reklam
USD
2 ℃
EUR
BAKI

“Türk axını”nın yarıdan çoxu tikilib

İqtisadiyyat / 29.01.2018 15:49
"Türk axını” təbii qaz boru kəmərinin ("TurkStream”) yarıdan çoxu tikilib.

Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Rusiyadan Türkiyəyə ildə 15,75 kubmetr təbii qaz daşıyacaq boru kəmərinin 930 kilometr uzunluğundakı ilk xəttinin dəniz hissəsində boruların 530 kilometri inşa olunub. Beləliklə də "Türk axını”nın dəniz hissəsində boruların 60 faizi döşənib. Bu xətlə Türkiyəyə ilk qazın 2019-cu ildə çatdırılması nəzərdə tutulur. İkinci xəttin isə təxminən 224 kilometrində borular döşənib.

Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "Türk axını”nın əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. "Türk axını”nın ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək.

"Gazprom” şirkətinin məlumatına görə, boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb.

Boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən "South Stream Transport B.V.” şirkətinin məlumatına görə, Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin "Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburgazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.

"Türk axını” layihəsi üzrə Avropa bazarı üçün nəzərdə tutulan ikinci xəttin quru hissəsinin inşası isə "Botaş” və "Gazprom”un quracağı birgə şirkət tərəfindən inşa ediləcək. İkinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.

Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı "Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. "Gazprom” cari ildə "Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəməri 1860 kilometr uzunluğunda olacaq. "Türk axını” boru kəmərinin dəniz hissəsinin inşasının 38 faizdən çoxu yekunlaşıb. Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. "Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.


Oxunub: 389






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim