Röyadan Lalə və İradəyə cavab: "Sizdən pul istəyən yoxdur"
MARAQLI / 29.01.2018 17:08
Əməkdar artist Lalə Məmmədovanın Röya və İradə İbrahimova qalmaqalına münasibət bildirməsi odu közərmiş qalmaqalı yenidən alovlandırıb.
Məmmədovanın dediklərinə ilk cavab verən isə prodüser Tolik olub və o, yenə Röyanın müdafiəsinə qalxıb.
oxu.az-a istinadən xəbər verir ki, məsələyə əməkdar artist Röya Ayxan da münasibət bildirib.
O, həmkarlarına son xəbərdarlığını edib:
"Çox rica edirəm ki, bu söhbəti bağlayasınız. Lalə də, İradə də, Tolik də mənimdir. Başqa problemlər var ki, onu görə bilmirik. Hərənin bir seçimi var. İradədən də, Lalədən də mənim seçimimə hörmətlə yanaşmalarını istəyirəm".
Röya Türkiyədə tanınması uğrunda tökülən pullara da aydınlıq gətirib:
"Mən aldanmamışam. Tanınmağım üçün pul da tökmürəm. 25 ildir orada yaşayıram, orada ailəm var. Söhbəti uzatmayın. Arxamda möhkəm duran dostlarım var. Bu arada, deyim ki, Lalə də bilsin. Keçən il Antalyada Polat Yağcı (red - "Poll Production" musiqi şirkətinin sahibi) konsertimi təşkil etdi və haamı kimi, mənə də qazandırdı. Mənə görə narahat olmayın. Sağlam addımlayıram və bu addım da sizindir. Büdrəsəm də, sizsiniz, yüksəlsəm də. Sizdən pul istəyən yoxdur. Sadəcə, xeyir və şər işlərinizdə mən sizin əlinizi necə sıxıramsa, siz də mənim əlimi elə sıxın".
Qeyd edək ki, qalmaqalın yaranmasına səbəb müğənni İradə İbrahimovanın "ATV maqazin onlarla" proqramında işlətdiyi "Röya Türkiyədə heç vaxt ulduz olmayacaq" ifadəsi olub.
Oxunub: 344
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim