reklam
USD
25 ℃
EUR
BAKI

Bakıda DƏHŞƏT: Özünü 22-ci mərtəbədən atan şəxs bu maşının üzərinə düşdü - YENİLƏNİB-FOTOLAR

Reportaj / 30.01.2018 10:32
Bakının Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb. Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb. O, hadisə yerində keçinib.

Hafta.az-a istinadən xəbər verir ki, hadisə "Tri Karona” adlanan binaların yerləşdiyi ərazidə qeydə alınıb. İntihar edən şəxs 22-ci mərtəbədən "Araz” marketin qarşısında dayanmış avtomobilin üzərinə atıb. Saytın əməkdaşının hadisə yerindən qeydlərinə baxaq:

Biz hadisə yerinə çatanda ərazidə süpürgəçi işləyən xanım ətrafdakı qan gölünü vedrələrə yığaraq təmizləyirdi. Qan qoxusu bütün ətrafı bürümüşdü və ürəkbulandırıcı mənzərə var idi. Ərazidə olan sakinlər bildirdilər ki, Nicat Vəliyev gecə saat 02:00 radələrində 24 mərtəbəli binanın 22-ci mərtəbəsindən atıb.

O, sahibinin kimliyi hələlik dəqiqləşdirilməyən 90LH 471 "Tofaş – Şahin” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə ciddi ziyan dəyib. Maşının dam hissəsi çöküb və şüşələri ətrafa çiliklənib.

Ərazidə taksi sürücüsü kimi işləyən bir nəfərin isə ürəkbulandırıcı mənzərəyə tükürpədən nəzərlərlə baxaraq bu cümləni söylədiyini xatırlayıram:

"Burada yaşamırdı, yaşasaydı tanıyardıq. Özünü də bədbəxt etdi, sahibi ortaya çıxmayan "Tofaş”ı da. Bu maşın ələ gələsi deyil. Düzəltsə də sürə bilməz...”.

Mərhumun beyin nahiyyəsinin qalıqları isə təxminən on metrlik əraziyə dağılıb. Beyin nahiyəsinin qalıqlarını ətrafda hərəkət edən avtomobillərin təkərlərində də müşahidə etmək olurdu.

Sakinlərdən intihar edən şəxsin həmin binada yaşayıb-yaşamadığını soruşduq. Ərazidə yaşayanlar və taksi sürücüləri bildirdilər ki, həmin şəxsi tanımayıblar. Bəziləri isə təzəliklə burada kirayə qaldığını söyləyib.

Binanın təhlükəsizliyinə nəzarət edən posta yaxınlaşdıq. Yaşlı bir nəfər dedi ki, növbəni səhər saatlarında dəyişdiyi üçün hadisədən xəbəri yoxdur. Başqa bir nəfər isə gecə növbəsində olan şəxsin izahat alınması üçün prokurorluğa dəvət olunduğunu bildirdi:

"Hadisədən xəbər tutanda gec olub. Həmin vaxt artıq oğlan intihar edibmiş. Görən kimi polisə məlumat verib”.

Sakinlər bildirdilər ki, intihar edən şəxsə yaxın ərazidə çilingər işləyən bir nəfər mane olmağa çalışıb. Amma mümkün olmayıb. Həmin şəxs isə ortalıqda görünmürdü.

İntiharın detalları isə məlum deyil. Daha doğrusu, sakinlər "yad adam”ın niyə həmin binada intihar etməsinin səbəbini bilmədiklərini deyirlər.

Ərazidə intihar edən şəxsin yaxınlarından bir kimsə yox idi. Bina sakinlərinin sözlərinə görə, prokurorluq əməkdaşları intihar edən şəxsin kimliyini də üzərindəki şəxsiyyəti təsdiq edən sənəddən müəyyənləşdirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


09:48

Bakıda intihar olub.

Xəbər verir ki, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.

O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Oxunub: 524






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim