Çexiya XİN: “Azərbaycan mühüm tərəfdaşdır”
XƏBƏR / 01.02.2018 17:05
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində əlaqələrimizin ikitərəfli müstəvidə fəal siyasi dialoqun qurulması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, siyasi, iqtisadi, elmi, mədəni və digər humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində irəlilədiyini bildirib. Bu xüsusda, nazir Azərbaycanın Çex Respublikasının enerji siyasətinə əhəmiyyətli töhfələrinin məmnunluq doğurduğunu qeyd edib.
Məktubda 2015-ci ildə Strateji Əməkdaşlığa dair Birgə Bəyannamənin imzalanması ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. E.Məmmədyarov qeyd olunan Bəyannamənin Azərbaycan-Çex münasibətlərinin daha da dərinləşdirilməsi üçün yeni perspektivlər yaratdığını qeyd edərək orada müəyyənləşdirilmiş məqsədlərin növbəti illərdə uğurla reallaşacağına dair əminliyini ifadə edib.
E.Məmmədyarov Çex Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair prinsipial mövqeyinə görə minnətdalığın bildirib.
Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek nazir Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətləri təqdir edib. Həmçinin məktubda Azərbaycanın Çex Respublikasının mühüm tərəfdaşı olduğu və ölkəmizin Çex Respublikasının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb.
Nazir L.Zaoralek ikitərəfli münasibətlərin dinamik inkişafından məmnunluq hissi keçirdiyini və Strateji Tərəfdaşlıq Bəyannaməsinin bu münasibətlərin daha da dərinləşməsinə mühüm təkan verdiyini bildirib. Həmçinin nazir bu müsbət qayənin gələcəkdə də davam edəcəyinə və iki ölkə arasında əməkdaşlığın qarşılıqlı maraq kəsb edən bütün sahələrdə güclənəcəyinə əminliyin ifadə edib.
Oxunub: 298
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim