Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edildi - SƏRƏNCAM
XƏBƏR / 01.02.2018 18:24
Prezident İlham Əliyev "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, görkəmli yazıçı, kinodramaturq və rejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov milli sənət xəzinəsini zənginləşdirən əsərləri ilə Azərbaycan mədəniyyəti salnaməsinə parlaq səhifələr yazıb. Onun bədii əsərlərini, eləcə də ssenariləri əsasında çəkilmiş filmləri oxucular və tamaşaçılar daim rəğbətlə qarşılanıb. Çoxəsrlik ənənələri olan Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 manat vəsait ayrılsın. 2. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etsin; 3.3. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılmasını təmin etsin; 3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.Oxunub: 336
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim