reklam
USD
27 ℃
EUR
BAKI

Veteranlar Təşkilatının sədrinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub YENİLƏNİB

RƏSMİ / 02.02.2018 11:02
Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təltif edildiyi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Respublika Veteranlar Təşkilatının rəhbərliyi, veteranlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Prezidentin köməkçisi Əli Həsənov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynova təqdim edib.

Mərasimdə çıxış edən Əli Həsənov Azərbaycan dövlətinin veteranlara, ölkəmizdə veteran hərəkatının inkişafına daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin ənənəsinə sadiq qalan dövlətimizin başçısı İlham Əliyev hər il 9 May – Qələbə Gününü veteranlarla birlikdə qeyd edir, onlarla görüşür, qayğıları ilə maraqlanır.

General-polkovnik Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğundakı və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışan Prezidentin köməkçisi onun şərəfli həyat yolunun veteranlarımızla yanaşı, gənclərimizə də nümunə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Tofiq Ağahüseynov sovet dövründə general-polkovnik rütbəsinə layiq görülən yeganə azərbaycanlıdır. Onun xidmətləri təkcə keçmiş SSRİ Silahlı Qüvvələri ilə bağlı deyil. General-polkovnik Tofiq Ağahüseynova müstəqil Azərbaycana xidmət etmək şərəfi də nəsib olub. İstedadlı hərbi xadim, vətənpərvər insan olan Tofiq Ağahüseynov zəngin bilik və təcrübəsini Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, ölkəmizdə ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafına, eləcə də gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə sərf edib.

Tofiq Ağahüseynovun respublikamızda veteran hərəkatının inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinin təmin olunmasına mühüm töhfələrini qeyd edən Əli Həsənov bildirib ki, onun xidmətləri istər sovet dövründə, istərsə də müstəqillik illərində daim yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 1 fevral və 2013-cü il 17 yanvar tarixli sərəncamları ilə "Şöhrət” və "Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunub. Dövlətimizin başçısı İlham Əliyevin yanvarın 31-də imzaladığı Sərəncamla isə Azərbaycanın ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Ağahüseynov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Əli Həsənov 95 illik yubileyi və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması münasibətilə Tofiq Ağahüseynovu bir daha təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov ölkəmizdə veteranlara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək deyib: "Doğrudan da mənim üçün xoşbəxt gündür. Mən "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişəm. Bu il veteranlar təşkilatımızın qarşısında çox böyük vəzifələr dayanır. İlk növbədə, biz ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyini, Azərbaycan Ordusunun 100 illiyini qeyd edəcəyik. Bu il həm də prezident seçkiləri keçiriləcək. Respublika Veteranlar Təşkilatının bütün üzvləri seçkilərdə fəal iştirak edəcək, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər”.




Oxunub: 467






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim