"Azərbaycan sıradan komanda deyil" - fransız qapıçı
İDMAN / 03.02.2018 15:12
Fransa millisinin qapıçısı Azərbaycan yığmasına məğlub olduqdan sonra açıqlama verib.
Carci.tv xəbər verir ki, Fransa millisinin qapıçısı Camel Haroun futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycana 3:5 hesabı ilə uduzduqları oyundan sonraaçıqlamasında bildirib:
"Maraqlı oyun alındı. Biz 2 gün əvvəl də oyuna çıxmışdıq və istər-istəməz bu amil mənfi təsirini göstərdi. Birinci hissədə mümkün qədər müqavimət göstərdik, amma ikinci hissədə artıq yorulmuşduq. Buna görə də rəqiblə ayaqlaşa bilmədik.”
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə danışan qolkiper millimizin sıradan komanda olmadığını bildirib: "Azərbaycan millisinin heyətində fərdi baxımdan seçilən oyunçular var. Çox texnikalıdırlar və istənilən rəqibi təkətək mübarizədə üstələməyi bacarırlar. Bolinya isə tam fərqli bir hücumçudur. Həm də biz ilk dəfə belə böyük yarışda iştirak edirik, Azərbaycan millisi isə dəfələrlə bu cür yarışda gücünü sınayıb. Düzdü, oyundan əvvəl şanslar 50-nin 50-yə idi. Bu dəfə sizin komanda şansları xeyrinə dəyişdi.”
O, səbirsizliklə Azərbaycan – İspaniya oyununu gözlədiklərini söyləyib: "Əlbəttə, sizin komandaya azarkeşlik edəcəyik. 2 top fərqi ilə qələbə qazansanız, bizim üçün 1/4 final yolu açılacaq. İstənilən halda, bura gəzməyə deyil, oynamağı bacardığımızı göstərməyə gəlmişdik.”
Oxunub: 347
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim