Azərbaycanda doluya qarşı raket-artilleriya bərpa oluna bilər
Cəmiyyət / 05.02.2018 09:39
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması Metodikası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə rəy və təkliflərin bildirilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilib.
XəzərXəbərxəbər verir ki, 2017-ci il ərzində ETSN tərəfindən görülmüş işlərin hesabatında bildirilib ki, 1967-1991-ci illərdə ölkə ərazisində həyata keçirilmiş doluya qarşı mübarizə tədbirləri və onların nəticələri haqqında ötən il hesabat hazırlanıb. Eyni zamanda, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib. Hesabatda qeyd olunub ki, hazırkı dövrə qədər 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon və 1 andezit-bazalt yatağı qiymətləndirilib. Belə ki, Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilərək ayrılıb. "Hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 13600-ə yaxın yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük və aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 12400 yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük, Kür və Qanıx çayları üzrə 434 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 746 səviyyə proqnozu, 3 çay üzrə 36 ədəd ongünlük su sərfi proqnozu, 15 çay üzrə 12 ədəd aylıq proqnoz, Kür, Araz, Qanıx çayları üzrə 4 fəsillik axım proqnozu tərtib olunub. Abşeron dəniz rayonu üzrə 41-i təhlükəli, 14-ü xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında cəmi 174 xəbərdarlıq tərtib olunub”.Oxunub: 293
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim