reklam
USD
2 ℃
EUR
BAKI

Böyük Britaniya Azərbaycandakı neft-qaz proqramına 2016-2017-ci illərdə 1,3 milyard funt sterlinq ayırıb

İqtisadiyyat / 05.02.2018 10:43
2016-2017-ci illərdə Böyük Britaniya hökuməti Azərbaycanda "OIL and GAS High Value Campaign” (HVC) proqramının reallaşdırılması çərçivəsində 1,3 milyard funt sterlinq vəsait sərf edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Beynəlxalq Ticarət Departamentinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətlər üçün hazırladığı "Overseas Business Risk – Azerbaijan” hesabatında deyilir.

"Neft-qaz Azərbaycan iqtisadiyyatının ən böyük sektorudur və buna görə də Böyük Britaniya Beynəlxalq Ticarət Departamentinin diqqətini cəlb edir. Azərbaycan HVC proqramının ən uğurla həyata keçirildiyi ikinci ölkədir. 2015-ci ilin oktyabrından bu proqramın dəstəklənməsi üçün Beynəlxalq Ticarət Departamenti Azərbaycanın İqtisadiyyat Nazirliyi, BP və SOCAR şirkətləri ilə birgə Böyük Britaniya və Azərbaycan arasında Tərəfdaşlıq Proqramını həyata keçirir. Tərəfdaşlıq Proqramı çərçivəsində indiyədək 65 tərəfdaş sazişi imzalamaq mümkün olub. Proqram növbəti 3-5 ildə də davam edəcək”, - deyə hesabatda qeyd olunur.

Bildirilir ki, 2017-ci il sentyabrın 14-də BP SOCAR və digər tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişi imzaladılar və mövcud sazişin müddəti 2050-ci ilədək uzadıldı. Bu saziş Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən və yeni əməkdaşlıqda maraqlı olan Britaniya şirkətləri üçün əhəmiyyətli biznes əlaqələrinin qurulmasına gətirib çıxaracaq. Digər əsas müqavilələr isə boru kəmərinə aiddir. Neft-qaz sektoru ilə yanaşı Beynəlxalq Ticarət Departamenti Azərbaycanda səhiyyə, təbii ehtiyatların hasilatı, bərpaolunan enerji, kənd təsərrüfatı, turizm və təhsil səviyyəsində iştirakda maraqlıdır.



Oxunub: 418






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim