reklam
USD
9 ℃
EUR
BAKI

Azərbaycanlı cərrahın metodikası ABŞ-da dərsliyə salınıb

XƏBƏR / 06.02.2018 10:25
Plastik və rekonstruktiv cərrah, tibb üzrə elmlər doktoru, professor Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi üsul ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə daxil edilib. ABŞ-ın Florida Tibb Kolleci Universitetinin (Jacksonville) dosenti, Çənə-üz cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskilyar cərrahiyyənin direktoru, Rui Fernandesin müəllifi olduğu "Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleblər. Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi bölmə ayrılıb.
Dərsliyin 20-ci fəslinə Vaqif Qələndərin yaratdığı "Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın yaratdığı və artıq neçə illərdir ki, tətbiq etdiyi xüsusi metodikadan və onun tədrisindən bəhs olunur.
Cərrahın sözlərinə görə, bu metod 1999-cu ildə səhiyyə nazrliyinin və ATU nun xususi icazəsi ilə Azərbaycan Məhkəmə Tibbi Ekspertizasının morqunda yeni insan meyitləri üzərində aparılan araşdırmalardan sonra oz təsdiqini taparaq canlı insanlarda tədbiq edilmişdir. Süd vəzinin və döş qəfəsi toxumalarının bərpası üçün yeni yanaşma ortaya qoyan üsul yaradılıb. 1999-cu ilin sentyabrın 29-da Quş adasında keçirilən ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görülüb.
Bu cərrahiyyə metodu dünyanın nüfüzlu jurnallarında dərc olunmuşdur. Yaponyada, Brazilyada, Çilidə, Türkiyədə, Koreyada, ABŞ-ın Florida ştatının qabaqcıl nüfuzlu klnikalarında cərrahiyyə əməliyyatları bu üsulla aparılır.
Vaqif Qələndər Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün ATU-da ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus altı yeni cərrahiyyə üsulu, 78 elmi əsəri xarici ölkə jurnallarında nəşr olunub. O, bir çox müərkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8 saatdan sonra təkrar yerinə replantasiyası əməliyyatını müvəffəqiyyətlə həyata kecirib. 30-dan çox xarici ölkədə elmi konfranslarda məruzəçi qismində iştirak edib. Bakıda 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə üzrə beynəlxalq konfransların bilavasitə təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.

Rahib KƏRİMLİ


Oxunub: 455






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim