Prezident beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib - VİDEO
CANLI TV / 06.02.2018 09:33
Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V urultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib. Qonaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən prezident İlham Əliyev vurğulayıb ki, bu, beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan Həmkarlar İttifaqları arasında sıx qarşılıqlı fəaliyyəti , həmrəyliyi göstərir.
Görüşdə dövlət başçısı deyib ki, məqsədimiz vətəndaşların həyatını daha da yaxşılaşdırmaq, dövlətin daha güclü və uğurlu olması üçün çalışmaqdır. Buna görə də bizim iqtisadi sahədə apardığımız və indiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir.
Prezident bildirib ki, iş yerlərinin, işləyənlər üçün layiqli iş şəraitinin yaradılması hər zaman diqqət mərkəzində saxlanılır, bizim siyasətimizin gündəliyində durur. Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan dövlət başçısı bunu böyük nailiyyət kimi qiymətləndirib: "Təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Yüksək demoqrafik göstərici daim yeni işyerlərinin yaradılmasını zəruri edir. Bununla paralel olaraq əməyin ödənilməsinin ölçüləri barədə dəqiq nəzarət və hesabatlılıq da diqqət mərkəzindədir.
Prezident İlham Əliyev bildirib ki, yalnız həmkarlar ittifaqının qüvvəsi ilə bunları həll etmək mümkün deyil. Burada həm nəzarət, həm də fiskal, vergi, sosial müdafiə və əmək orqanları birgə işləməlidir.
Dövlət başçısı deyib ki, son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, 3-cü yerdədir.
Prezident bildirib ki, Azərbaycan dövləti əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Çünki dünyada vəziyyət dəyişir. Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır.
Görüşdə həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio , Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixayıl Şmakov və qonaqlar da çıxış ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev rəhbərlik etdiyi qurumun yaranmasının 25 illiyi münasibətilə medalın təsis olunduğunu bildirib və bu qurumun icraiyyə komitəsinin qərarı ilə həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafına verdiyi dəstəyə görə ilk medalı prezidentə təqdim edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 337
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim