Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub
İqtisadiyyat / 07.02.2018 16:48
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi yüksək qiymətləndirilib
"Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin "Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 7-də Çinin Sian şəhərində "Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Qeyd edək ki, tədbir Azərbaycanın Çindəki səfirliyi, İpək Yolu Beynəlxalq Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilib. Çıxışında nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfərini məhz İpək Yolunun başlanğıcı olan Sian şəhərindən başladığını vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndiyini qeyd edib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib: "Azərbaycanın Çindən Avropa İttifaqına və əksinə, tranzit imkanları genişdir. Trans-Xəzər nəqliyyat dəhlizi Çinlə Avropa arasında ən qısa dəhlizdir. Çindən Avropaya ənənəvi okean daşımaları 60 günə reallaşdığı halda, bu dəhliz vasitəsilə daşımalar 14 günə həyata keçiriləcək. Dəhliz iştirakçı ölkələrə fayda verəcək, regionda sabitliyi artıracaq və insanlar üçün bərabər imkanlar yaradacaq. Dəhlizin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilib, tranzit müddəti qısaldılıb, prosedurlar sadələşdirilib. Dəhlizin digər üstünlüyü 114 milyon əhalisi, 1,1 trilyon ABŞ dollarına yaxın ÜDM-yə malik Trans-Xəzər Tranzit Dəhlizinin iştirakçısı olan Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda siyasi stabillik hökm sürür, davamlı iqtisadi artım müşahidə olunur”.
Azərbaycan-Çin iqtisadi əlaqələri, ticarət və investisiya əməkdaşlığı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin investisiya cəlbediciliyi barədə danışıb, çinli iş adamlarını Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırmaq üçün geniş imkanlardan bəhrələnməyə dəvət edib. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan siyasi baxımdan stabildir, güclü iqtisadi potensiala malikdir, Dünya İqtisadi Forumunun hesabatına əsasən, dünyada 36-cı ən təhlükəsiz ölkədir, əlverişli biznes və investisiya mühiti yaradılıb, Cənubi Qafqazın siyasi, iqtisadi, tranzit və mədəni mərkəzi, beynəlxalq tədbirlər məkanıdır. Müstəqillik illərində ölkə iqtisadiyyatına 248 milyard ABŞ dolları investisiya yatırılıb ki, bunun yarısından çoxu xarici investisiyalardır.
Şaansi Əyalətinin Kommersiya Departamentinin direktor müavini Tanq Yonqanq, Beynəlxalq Ticarət üzrə İpək Yolu Palatasının baş katibi Li Cunxan və palatanın baş katibinin müavini Huanq Dahai çıxışlarında tarixi İpək Yolu, Çinin "Kəmər və Yol” təşəbbüsü və bu strategiyanın reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti barədə danışıblar.
Tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın nəqliyyat və tranzit potensialı, ölkəmizdə yaradılmış əlverişli və müasir infrastruktur barədə məlumat verib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Çin və Avropanı birləşdirən əhəmiyyətli marşrut olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda dəmir yolu infrastrukturu yenilənib, dəhlizin rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, Bakı limanının birinci fazası isə yaxın aylarda istismara veriləcək.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib, həmçinin Azərbaycanın nəqliyyat potensialı və Bakının "Ekspo 2025” sərgisinə namizədliyinə dair təqdimat çarxları nümayiş olunub.
Oxunub: 282
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim