"Titanik"in batması haqda gizli həqiqətlər ortaya çıxdı
Maraqlı / 08.02.2018 09:47
Xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaçı Senan Moloni "Titanik” gəmisi haqda maraqlı iddialar irəli sürüb.
30 il bu sahədə araşdırma aparan Senan gəminin batmasına təkcə aysberqin səbəb olmadığını bildirib.
Onun fikrincə, aysberqə bir balaca toxunan "Titanik” kimi gəmi belə asanlıqla bata bilməzdi.
Moloni gəmi barədə gizli həqiqətləri ortaya çıxarıb. Araşdırmalar nəticəsində mühərrik hissələrinin yanmış vəziyyətdə olduğunu görən araşdırmaçı bu yanğının "Titanik” yola düşərkən başladığını bildirib. Yanğın daha sonra söndürülsə də, lakin onu zəifdib. Eyni zamanda aysberqə toxunan zaman mühərriklər sıradan çıxdığı üçün gəmini geriyə döndərmək çətin olub və su asanlıqla gəmiyə dola bilib.
Senanın digər iddiası gəmidə vinokldan istifadə olunmamasıdır. Hər bir əşya ilə təchiz olunmuş "Titanik”də vinokl olsa da, onu bir qutuda ağzı bağlı saxlayıblar və həmin qutunun açarı da gəminin ikinci kapitanı Devid Bleyrdə olub. O, isə yola çıxanda açarları götürməyi unudub. Buz dağının da əvvəlcədən görülməməsinin səbəblərindən biri budur.
Eyni zamanda həmin gecə külək və ayın olmaması gəmi işçilərinin buz dağını görə bilməməsinin digər səbəbidir.
Qeyd edək ki, "Titanik” gəmisi 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər isə həlak olub.
Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri "Titanik" tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi. "Titanik"də bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.

Senan Moloni
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
