reklam
USD
13 ℃
EUR
BAKI

Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib

RƏSMİ / 10.02.2018 11:49
Moskva Millətlər Evində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə və Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümünə həsr olunmuş "dəyirmi masa” keçirilib.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir M.Ə.Rəsulzadə Cəmiyyəti və Moskvadakı Azərbaycan diaspor təşkilatları tərəfindən təşkil olunub.

M.Ə.Rəsulzadə Cəmiyyətinin sədri Füzuli Fərəcov tədbirin təşkilində dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilir, 2018-ci il ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

F. Fərəcov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verərək bildirib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin yaranması tarixini - 28 May gününü Respublika Günü kimi təntənə ilə qeyd edir.

Sonra M.Ə. Rəsulzadənin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.

Tanınmış diplomat, Azərbaycan emiqrasiya tarixinin tədqiqatçısı Ramiz Abutalıbov M.Ə.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ölkəmizin ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətləri barədə danışıb.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qordiyev M.Ə.Rəsulzadənin Azərbaycanda milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlərini vurğulayıb, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin tədbir iştirakçılarına məktubunu oxuyub.

Tarix elmləri namizədi, jurnalist Əşrəf Hüseynli, fəlsəfə elmləri doktoru, professor İbrahim Məlikov Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını diqqətə çatdırıblar.

"Dəyirmi masa”da Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı səfirliyinin, diasporumuzun nümayəndələri, tanınmış ictimai xadimlər, elm adamları iştirak ediblər.


Oxunub: 480






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim