reklam
USD
15 ℃
EUR
BAKI

Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib YENİLƏNİB VİDEO

RƏSMİ / 12.02.2018 14:53
Fevralın 12-də Bakı Konqres Mərkəzində bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarına həsr olunan film nümayiş etdirilib.

Filmdə Azərbaycanın dövlət gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin və builki seçkilərdə gənclərin və idmançıların namizədi Prezident İlham Əliyevin yürütdükləri uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər əks olunub.

Toplantının moderatoru, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, bu gün gənclər ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir. Sevindirici haldır ki, hazırda gənclər regionda bütün sahələrdə lider dövlətə çevrilən güclü Azərbaycanda yaşayırlar. Ölkəmizdə gənclərin inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Seymur Hüseynov bu uğurların Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində əldə olunduğunu vurğulayıb. Qeyd edib ki, Gənclər Fondunun yaradılması, Gənclər mərkəzləri və evlərinin, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi Azərbaycan dövlətinin gənclərə və idmançılara göstərdiyi yüksək diqqət və qayğının əyani göstəriciləridir. Gənclərimiz prezident seçkilərində onlara bu mükəmməl şəraiti yaradan Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2017-ci ilin oktyabrında Sankt-Peterburqda keçirilən beynəlxalq musiqi festivalında 850 iştirakçı arasında birinci yeri tutan tar ifaçısı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Orxan Zeynalov, ötən il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayaraq "İlin tələbəsi” adına layiq görülən Mahirə Əsədova, yunan-Roma güləşi üzrə dünya kubokunun qalibi, birinci Avropa Oyunlarının çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Rəsul Çunayev, futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ” klubunun üzvü Mahir Mədətov çıxışlarında ölkəmizdə gənclər üçün yaradılan şərait və imkanlardan bəhrələnərək əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər. Onlar gəncləri prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.

Daha sonra Azərbaycanın Naxçıvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax, Aran, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan, Abşeron iqtisadi rayonlarını təmsil edən gənclər çıxış edərək ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində yaşadıqları bölgələrdə yaradılan imkanlardan danışıb, seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Paytaxt gəncləri adından çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə təmsil etdiyi qurumun ölkəmizin altı bölgəsində regional mərkəzinin fəaliyyət göstərdiyini deyib. O, Gənclər üçün Təhsil Mərkəzinin də ölkə gənclərinə yaradılan əlverişli imkanlardan istifadə edərək uğurla fəaliyyət göstərdiyini, region gənclərini də əhatə edən layihə, aksiya və s. tədbirlər reallaşdırdığını diqqətə çatdırıb.

Toplantıya yekun vuran moderator Seymur Hüseynov ölkəmizin ictimai-siyasi həyatında daim yüksək fəallıqları ilə seçilən Azərbaycan gənclərinin aprelin 11-də keçiriləcək prezident seçkilərində də fəal iştirak edəcəklərinə, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliyini bildirib.

Sonda Əməkdar Artist Tünzalə Ağayevanın ifasında mahnılar səsləndirilib.






Oxunub: 397






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim