Yanvarda əhali ərzağa 1,3 mlrd. manat xərcləyib
İqtisadiyyat / 14.02.2018 10:16
Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 2 794,6 mln. manata bərabər olub.
Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 1 411,4 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 383,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri ötən ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7% və 3,0% üstələyib.
Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, mln. manatla | 2017-ci ilin yanvar ayına nisbətən, % ilə |
Pərakəndə ticarət dövriyyəsi | 2 794,60 | 102,4 |
o cümlədən: | ||
ərzaq məhsulları | 1253,4 | 101,9 |
içkilər və tütün məmulatları | 158 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 486,3 | 103,1 |
elektrik malları və mebellər | 170,7 | 102,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 20 | 101,6 |
əczaçılıq və tibbi mallar | 37,6 | 102 |
avtomobil yanacağı | 161,4 | 100,9 |
digər qeyri-ərzaq məhsulları | 507,2 | 103,8 |
Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların 6,1%-i elektrik malları və mebellərin 5,8%-i avtomobil yanacağının 1,3%-i əczaçılıq və tibbi malların 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu ilin yanvar ayında istehlak məhsullarının 14,0%-i, ticarət müəssisələri 52,9%-i fərdi sahibkarlar tərəfindən 33,1%-i isə bazar və yarmarkalarda satılıb.
Keçən ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,8%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalar üzrə isə 0,2% azalıb.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi285,7 manat və ya ötən ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Oxunub: 276
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim