Prezident Fonda sədr müavini təyin etdi - Rəhman Hümmətov kimdir?+Dosye
XƏBƏR / 15.02.2018 18:28
Azərbaycan Prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.
Mia.azxəbər verir ki, sərəncamda bildirilib ki, Rəhman Dursun oğlu Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilsin.
Sərəncamda həmçinin bildirilib ki, Nazirlər Kabineti Prezidentin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Qeyd olunub ki, Nazirlə Kabineti normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
R. Hümbətov 1998 - ci ildə Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarə Etmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə, 2000-ci ildəisə həmin İnstitutun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarə etmə ixtisası üzrəfərqlənmə diplomlarıilə bitirib.
2000-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsində təhsil alıb.
2005-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Yeddi elmi məqalənin və bir monoqrafiyanın müəllifidir.
Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında Qiymətli kağızlar departamentinin aparıcı iqtisadçısı vəzifəsində başlayıb.
2000-2004-cü illərdə Mərkəzi Bankının Bazar əməliyyatları departamentində aparıcı iqtisadçı, baş iqtisadçı, daha sonra şöbə rəisi və departamentin direktor müavini vəzifələrində çalışıb.
2006-cı ilin yanvar ayından Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
2007-ci ilin aprel ayından Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əlaqələr departamentinin direktor müavini, həmin ilin avqust ayından isə departament direktoru vəzifələrində çalışıb.
2008-ci ilin fevral ayında Azərbaycan Respublikasının Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə yenidən Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
R. Hümbətov 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində ipoteka qanunvericliyi və kreditləşməsi üzrə təlim kursları aparır/modern.az
Oxunub: 346
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim