reklam
USD
25 ℃
EUR
BAKI

Ağ Yol-da müzakirələr davam edir

Cəmiyyət / 16.02.2018 14:12
Sosial şəbəkələrdə böyük auditoriyası olan "Ağ Yol” Vətəndaş Hərəkatı özünün eyni adlı facebook qrupu və səhifəsində yenə də həftə boyu mühüm müzakirələr aparıb. İlham Əliyevin, YAP-ın VI Qurultayında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çıxışı facebook-da 500 mindən çox üzvu olan "Ağ Yol” qrupundandakı post paylaşımında sosial media istifadəçilərinin maraqlı müzakirələrinə səbəb olub.

Prezident İlham Əliyevin fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı zamanı Ermənistanın hazırkı paytaxtı İrəvanın və o cümlədən Zəngəzur və Göyçə ərazilərinin Azərbaycanın tarixi torpaqlarının olması barədə fikirləri Ermənistan siyasilərini ciddi şəkildə narahat edib. Cənab Prezident "biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq" mesajını Ermənistanın təcavüzkar rəhbərlərinə və onun havadarlarına, eyni zamanda Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra Beynəlxalq təşkilatlara ünvanlayaraq, Azərbaycanın bu işğalla barışmayacağını, Azərbaycanın siyasi və strateji hədəfinə doğru uğurla irəlilədiyini qəti şəkildə bəyan etdi. Cənab Prezidentin qətiyyətli fikirləri ondan xəbər verir ki, regionda bütün qlobal layihələrdən kənarda qalan Ermənistan işğala son verməzsə, iflası qaçılmaz olacaqdır!

Müzakirə olunan post paylaşım ətrafında bildirilən şərhlərdə sosial mediya istifadəçiləri arasında bu dəfə gənclərin fəallığı xüsusi diqqət çəkib. Cənab prezidentin düşmən qüvvələr üzərindəki qələbəsinə xalqı inandırması gənc nəslin bu siyasətdə ölkə rəhbəri ilə həmrəyliyi müzakirələrdə açıq aydın görünüb. Ermənistanın özünün də dərk etdiyi siaysi süqutunun yaxınlaşdığını göstərən dəlillər müxtəlif rəylərdə əks etdirilib.

"Ağ Yol” dakı digər müzakiələrdən biri də ölkəmizə qarşı aparılan çirkin kampaniyalar olub. Belə ki, Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan Məhkəməsinin bəraət qərarı Azərbaycana qarşı müəyyən siyasi dairələrin əsassız iddialarının puç olduğunu göstərdi. Sözü gedən məsələni əks etdirən post paylaşıma bildirilən rəylərin nəticəsindən məlum olub ki, güclü inkişaf edən dövlətə qarşı bu cür qarayaxmalar heç kimə başucalığı gətirmir.

Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu, anti-Azərbaycan mərkəzlərinin özlərini ifşası, ölkəmizin imicinə zərər gətirməyə çalışanların öz məqsədlərinə çata bilməyəcəkləri qeyd olunub. Demokratiya və söz azadlığı pərdəsinə bürünüb beynəlxalq miqyasda kampaniyalar təşkil edənlərin əməlləri qarşısında cavabdehlikləri və onlara qarşı hüquqi prosedurların tətbiqi vurğulanıb.
Qeyd edək ki, "Ağ Yol” facebook səhifəsi və qruplarında diskursiya olunan mövzular ilə bağlı geniş rəylərlə bərabər çox saylı paylaşımlar da edilib.


Oxunub: 351






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim