reklam
USD
6 ℃
EUR
BAKI

“The Daily Caller”: Azərbaycan yeni İpək Yolu boyunca Amerikanın mühüm müttəfiqidir

RƏSMİ / 20.02.2018 11:30

Amerikanın "The Daily Caller” nəşrində İsrailin aparıcı analitik mərkəzinin beynəlxalq kommunikasiyalar üzrə direktoru və bu mərkəzin sabiq beynəlxalq müxbiri Maayan Hoffmanın "Azərbaycan yeni İpək Yolu boyunca Amerikanın mühüm müttəfiqidir” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, siyasi dairələrdə Azərbaycan həm həyati əhəmiyyətli enerji ehtiyatlarının təchizatçısı, həm də Çin ilə Avropa arasında və Avropanın hüdudlarından kənarda ticarətin artmasına şərait yaradan yeni İpək Yolu üzərində əsas paylaşdırıcı məntəqə kimi geosiyasi əhəmiyyətli dövlət hesab edilir.

M.Hoffman qeyd edir ki, Azərbaycanın nadir coğrafi mövqeyi həm insanların ünsiyyəti, həm də əmtəələrin, məhsulların və xidmətlərin qarşılıqlı əlaqəsi üçün çox əlverişlidir. Azərbaycan həm Rusiya, həm də İran ilə həmsərhəd olan yeganə ölkədir. Müəllif iki ölkə arasında daha sıx tərəfdaşlığın zəruri olmasından söhbət açaraq yazır ki, Birləşmiş Ştatlar Azərbaycan üçün ideal tərəfdaşdır. Bu baxımdan, ABŞ-ın da Bakı ilə ciddi tərəfdaşlığa marağı qarşılıqlı olmalıdır.

Müəllif vurğulayır ki, Azərbaycanı dəstəkləmək və müdafiə etmək Amerikanın maraqlarına uyğundur. Lakin bu iki ölkənin yaxınlaşması yolunda müəyyən əngəllər də var. Belə əngəllərin ən birincisi konqresin "erməni aid nə varsa hamısına yaxın” olmasıdır. Ekspert qeyd edir ki, bunun əsas səbəbi ABŞ-dakı erməni icmasının çoxsaylı və siyasi cəhətdən "səxavətli” olmasıdır.

Ermənistan kiçik, siyasi və iqtisadi cəhətdən inkişaf etməmiş ölkə olduğuna baxmayaraq, onun vacibliyi digər regional dövlətlərin Ermənistandan istifadə dərəcəsi ilə ölçülür. M.Hoffman yazır ki, Ermənistanın vassal dövlət olması hamıya məlumdur, ondan Qərb ilə bütün regionun inteqrasiyasını zəiflətmək üçün bu regionu dağıtmaq məqsədilə istifadə edilir. Ermənistan başqa ölkənin hərbi bazaları və silahları ilə doludur, onun lideri isə bir dəfə bəyan edib ki, özünün xarici siyasətini regional böyük dövlətin rəhbərliyi ilə "koordinasiya edir”. Müəllif qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda "dondurulmuş” münaqişə Ermənistanın iflasa məhkum olan layihəsidir. Ermənistan Dağlıq Qarabağ regionunu işğal etdiyinə və öz qoşunlarını bu regiondan çıxarmaqdan imtina etdiyinə görə mənfəətli regional layihələrdən, o cümlədən yeni İpək Yolu layihəsindən təcrid olunur.



Oxunub: 436






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim