Almaniyalı mütəxəssis türklərin SİRRİNİ AÇDI
İDMAN / 20.02.2018 16:46
Türkiyənin Çempionlar Liqasında yeganə təmsilçisi "Beşiktaş” bu gün turnirin 1/8 final mərhələsində səfərdə Almaniyanın "Bavariya” klubu ilə qarşılaşacaq.
Oyundan öncə İstanbul klubunun baş məşqçisi Şenol Güneş və Almaniya nəhənginin çalışdırıcısı Yupp Haynkes mətbuat konfransında matçla bağlı açıqlamalar verib.
"Beşiktaş"ın təcrübəli baş məşqçisi "Bavariya”nın mövsüm evində uduzmamasına diqqət çəkib:
"Tarixi olan, "Real" və "Milan"dan sonra ən çox çempionluq yaşayan bir klub rəqibimizdir. Qrup oyunlarında öz oyunumuzu nümayiş etdirərək nəticə qazanmağa çalışdıq. Sabah da elə olacaq. İlk dəfə özümüzü favorit görmürük və bunu söyləyirik. Vurduğumuz qol və qollar bizə üstünlük yaradacaq. Bu, çətin olacaq, amma öhdəsindən gəlməyi bacaracaq heyətimiz var. Futbolda hər şey baş verə bilər. Bir sürpriz və möcüzə mümkündürsə, onu etməyə çalışacağıq. Mən ölkəmədki futbol mədəniyyətini dəyişmək istəyirəm”.
"Bavariya”nın baş məşqçisi Yupp Haynkes isə UEFA-nın saytına açıqlamasında bildirib ki, rəqiblərinin uğur sirri onun baş məşqçisindədir:
"Türklər qrup mərhələsinin hər üç səfər oyununda qalib gəlib. Onlara imkan versək, hücum futbolçu oynayacaqlar. "Beşiktaş” öz şansını axtaracaq. Buna hazır olmalıyıq. Bununla belə, inanıram ki, komandam növbəti mərhələyə yüksəlmək üçün bu oyunda ilk addımı atacaq. "Beşiktaş”ın sirri baş məşqçisindədir. Şenol Günəşin böyük təcrübəsi var. Yüksək səviyyəli mütəxəssisdir. O, komandanı necə toparlamağı yaxşı bilir”.
Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə bu gün saat 23:45-də start götürəcək.
Oxunub: 366
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim