Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident
RƏSMİ / 21.02.2018 11:51
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından bir il ötür. O, çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atıb, Azərbaycanın dünyada təbliği işinə misilsiz töhfələr verib. Xalqın dərin rəğbət və sevgisini qazanan Mehriban Əliyeva beynəlxalq aləmdə də böyük nüfuz sahibidir.
Çoxşaxəli fəaliyyət və hamilik missiyası
"Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir...”, - deyən Mehriban Əliyeva elə bu amal və məramla da özünün ömür kitabını yazır, onu ildən-ilə daha parlaq səhifələrlə zənginləşdirir. 2004-cü ildən ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib. Fondun mədəniyyətimizlə, incəsənətimizlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların bərpası və yenidən qurulması istiqamətində misilsiz xidmətlər göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrinin - ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi "Eurovision-2012”nin, birinci Avropa Oyunlarının, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu bir daha təsdiqlədi.
Heydər Əliyev Fondunun humanitar layihələri ölkə hüdudlarından kənarda da uğurla reallaşdırılır: Pakistanda qızlar üçün məktəb binasının tikilməsi, Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyalarından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması... Bu siyahını xeyli uzatmaq olar.
Əlbəttə, bu çoxşaxəli fəaliyyət ölkəmizin dünyada təbliğinə xidmət etməklə yanaşı, xalqımızın malik olduğu zəngin dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır. Məhz xalqı və dövləti qarşısında misilsiz xidmətləri nəzərə alınaraq, Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu.
Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident
"Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”, - bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi və bununla bağlı ciddi tapşırıqlar verdi. Çox keçmədən "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində yeni binaların tikintisinə başlanıldı. Bu istiqamətdə işlər indi də uğurla davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni və rahat mənzillərə köçürülüb.
2017-ci ilin yaddaqalan hadisələrindən biri də IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə uğurla keçirilməsi oldu. Yarışların böyük peşəkarlıqla təşkili, idmançılarımızın parlaq qələbələri bütün dünyaya ölkəmizin gücünü və potensialını bir daha nümayiş etdirdi. Əlbəttə, yarışların yüksək səviyyədə keçməsi ilk növbədə Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin xidməti idi.
"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!”. Bu fikirləri yarışların bağlanış mərasimindəki çıxışında səsləndirən Mehriban Əliyeva, həm də bütün İslam ölkələrinə həmrəylik çağırışı etdi.
Birinci vitse-prezidentin aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşməsi, "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin məhz onun təşəbbüsü ilə reallaşması bir daha göstərdi ki, Mehriban Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa, cəmiyyətin hər bir üzvünə həssas və qayğıkeş münasibət dayanır.
Sevgidən doğan sevgi
Təltif olunduğu çoxsaylı beynəlxalq mükafatlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyadakı nüfuzunun göstəricisidir. Fransanın "Şərəf Legionu” ordeni, UNESCO-nun Qızıl "Motsart medalı”, Rusiyanın "Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni... Bu mükafatların hər birinin arxasında bilik və bacarıq, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası, xalqa, Vətənə, insanlığa sevgi dayanır.
Mehriban Əliyevanın ən böyük mükafatı isə Azərbaycan xalqının ona olan tükənməz sevgisidir, necə deyərlər, sevgidən doğan sevgidir.

Oxunub: 323
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim