reklam
USD
2 ℃
EUR
BAKI

Məşvərət Forumunun iclası keçiriləcək

Cəmiyyət / 23.02.2018 11:44
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 26-dan martın 2-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Bu barədə  QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

İdarədən bildirilib ki, səfər KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən Vyana şəhərində fevralın 26-27-də təşkil olunacaq "Sülh üçün dinlərarası dialoq: Sülh içində birgə yaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək" mövzusunda Yüksək Səviyyəli Foruma, habelə KAİCİİD idarəetmə orqanlarının fevralın 28-dən martın 1-dək keçiriləcək növbəti iclaslarına təşkilatın yeni seçilmiş üzvü olaraq aldığı dəvət əsasında həyata keçirilir.

Forum və görüşlərdə Beynəlxalq Mərkəzin Direktorlar Şurası və Məşvərət Forumunun üzvləri ilə yanaşı dünyanın əsas ənənəvi dinlərini təmsil edən din xadimləri, eləcə də elm, mədəniyyət və ictimai xadimlər, habelə siyasətçilərdən ibarət 200-dən çox tanınmış şəxsiyyət iştirak edəcəkdir. Görüşün qonaqları qismində BMT Sivilizasiyalar Alyansı Yüksək Nümayəndəsi Naser Əl Nassir, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusif Əl Üseymin, Vatikanın Dinlərarası Dialoq üzrə Papa şurasının sədri Kardinal Jan Lui Toran, Ekumenik Patriarx Varfolomey, Avropa, Afrika və Yaxın Şərqdən bir çox katolik və pravoslav patriarxları və onların yüksək nümayəndələri, ərəb və müsəlman ölkələrinin baş müftiləri, nüfuzlu yəhudi ravvinləri, buddist və hinduist dini rəhbərlər iştirak edəcək.

Fevralın 28-də dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun növbəti illik iclası keçiriləcək. Bu Forumun üzvləri Direktorlar şurası tərəfindən təyin olunur. İclas Şura üzvlərinin iştirakı ilə keçiriləcək. Martın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadənin də daxil olduğu 9 nəfərdən ibarət Direktorlar Şurasının toplantısında mərkəzin bundan sonrakı iş planı və strategiyası tərtib ediləcək.

Məlumatda bildirilib ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə, 25 ölkədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.

Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.


Oxunub: 339






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim