reklam
USD
3 ℃
EUR
BAKI

Bakıda bu yollar bağlanacaq

Cəmiyyət / 24.02.2018 13:32
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi, uzunluğu 1050 metr olan parkda son hazırlıqlar yekunlaşıb.

Unikal.org-un məlumatına görə, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Publika.az-a bildirib ki, hər il olduğu kimi bu ildə Xocalı abidəsinin önünə güllər düzülüb: "Parkda Xocalı soyqrımının anım günü üçün işlər demək olar ki, yekunlaşıb. Artıq bir neşə gündür müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil və səhiyyə müəssisələrindən, bağçalardan kollektiv şəkildə uşaqlar və böyüklər abidəni ziyarət etməyə gəlirlər. Biz onların rahatlığı üçün zəruri şəraiti yaratmışıq".

P.Hüseyn bildirib ki, 26 fevral günü Xocalı soyqırımına həsr olunan "Ana harayı” abidəsi istiqamətində yürüş keçiriləcək:

"Yürüş səhər saat 10-da "AMAY" Ticarət Mərkəzi istiqamətindən başlayacaq Yusif Səfərov küçəsi istiqamətində davam etdiriləcək.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, fevralın 26-da şəhərin bir sıra istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə nməhdudlaşdırılacaq: "Bu il də Xocalı soyqrımına həsr olunan yürüşə şərait yaratmaq məqsədilə, Xətai rayonu Nəcəfqulu Nəbiyev, Afiyəddin Cəlilov, Yusif Səfərov, Fəzail Bayramov küçələri istiqamətində yollarda avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən bunu nəzərə almağı və alternativ yollardan istifadə etməyi tövsiyə edirik"

Xatırladaq ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan "Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.


Oxunub: 365






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim