reklam
USD
4 ℃
EUR
BAKI

İsmayıllılar “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR

Cəmiyyət / 26.02.2018 15:36
İsmayıllıda Xocalı faciəsinin 26-ci ildönümü ilə əlaqədar "Ana harayı” abidəsi kütləvi ziyarət edilib.

Bu günə qədər idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil orta məktəblərində tədbirlər, ədəbi-bədii kompozisiyalar, yürüşlər, rəsm və inşa müsabiqələri, şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib.

Faciə günü saat 10-da mərkəzi meydanda toplanmış 6 mindən çox İsmayıllı sakini Rayon İcra Hakimiyyətinin rəhbərliyi öndə olmaqla "Ana harayı” abidəsinə doğru hərəkət edib. Ziyarətçilərin önündə Xocalıların ruhunu əks etdirən libasda və "Xocalı-26” yazısını əllərində tutan gənclər gediblər.
İştirakçılar əllərində faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq mərkəzi meydandan soyqırım abidəsinədək yürüş ediblər. Abidənin qarşısında dövlət qulluğu veteranı Valeh Salehov həmin faciənin erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparılmasından danışaraq qisas gününün yaxın olduğunu bildirib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutnan yad edilib. Sonra "Ana harayı” abidəsinin və Qarabağ müharibəsində şəhid olan vətən övladlarının adları yazılmış lövhələrin önünə gül dəstələri qoyulub.

Yürüş-ziyarətdən sonra İsmayıllı şəhər Mədəniyyət mərkəzində Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.









Oxunub: 423






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim