reklam
USD
2 ℃
EUR
BAKI

İran körfəz ölkələrinə böyük birlik yaratmağı təklif edib

Dünya / 28.02.2018 13:10
"Regionda təhlükəsizliyin təmin edilməsi üçün qonşu ölkələr və dostlarımızla əcnəbilərin müdaxiləsi olmadan əməkdaşlıq etməyə hazırıq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Bəndər Abbas limanında əhali qarşısında çıxışında bildirib.
"Dünyaya elan edirik ki, öz torpaqlarımızın müdafiəsi üçün nə lazım olsa, öz əllərimizlə hazırlayacağıq və heç kimdən icazə almayacağıq. Bu gün ən həssas bölgələrdən biri olan Fars körfəzindən bütün dünyaya səslənirəm. Biz dünyada sülh və sabitliyin tərəfdarıyıq. Dünya bizə sülh gözü ilə baxdıqca, İran əleyhinə çirkli planlar cızmadıqca, regionda sülh strategiyasının davam etdirilməsini istəyirik”, - deyə o vurğulayıb.
H. Ruhani deyib ki, İran körfəz ölkələrinin yaxşı qonşusu olub və olacaq: "Başqaları sizi aldadır, əcnəbilər və sizi istəməyənlər arxanızda planlar cızır. Onlar sizin maraqlarınızı düşünmür, öz maraqlarını güdürlər. Onlar region ölkələrinə silahları baha satmaq və neftini ucuz almaq niyyətindədir”.
İran prezidenti körfəz ölkələrinə ticarət, turizm, sənaye və energetika sahəsində əməkdaşlıq üçün böyük bir birliyin yaradılmasını təklif edib. O qeyd edib ki, bu, regionun güclənməsinə və sabitliyinə xidmət edə bilər.
H. Ruhani ABŞ-ın nüvə anlaşmasını pozmağa çalışmasına və BMT Təhlükəsizlik Şurasında İran əleyhinə iclaslar təşkil etməsinə toxunub. O bildirib ki, ABŞ ötən aylar ərzində İrana qarşı üç dəfə uğursuz çirkli planlar icra edib.


Oxunub: 382






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim