reklam
USD
2 ℃
EUR
BAKI

Bakıda ağır əməliyyat: xəstənin qarnından 6 litrə yaxın irin xaric olunub

Cəmiyyət / 01.03.2018 10:36
Azərbaycan Tibb Universitetində 81 yaşlı ağır xəstənin mədəsindəki perifriotrik dəlik uğurla tikilib.

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, III cərrahi xəstəliklər kafedrasında ağır xəstə üzərində 3 saat davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatı icra edən III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun sözlərinə görə, 81 yaşlı xəstə ağır peritonitdən əziyyət çəkirmiş: "Xəstə 5 il öncə xəstəxanaların birində açıq ürək əməliyyatı keçirib. 10 gün öncə əməliyyat olunduğu klinikaya müraciət edərək, qarın nahiyyəsində ağrılardan şikayət edib. 3 gün xəstə ağır vəziyyətdə saxlanılıb. Belə ki, 81 yaşlı kişi ağır peritonitdən, yəni mədə xorasının deşilməsindən əziyyət çəkirmiş. Bu xəstə qanın durulaşması üçün dərmanlar qəbul etdiyinə görə medikamentoz perforasiya baş verib - mədəsi deşilib”.
Doktor Fariz Camalovun bildirdiyinə görə, xəstə pnevmoniya, ürək-damar çatışmamazlığı xəstəliklərindən əziyyət çəkdiyi üçün həkimlərin diqqəti əsas patologiyadan yayınıb. Həkimlər onun yalnız ürək və ağciyər sistemini müalicə ediblər: "Vəziyyəti gün-gündən ağırlaşan xəstə, sidik ləngiməsi, təngnəfəslik, qarında kəskin ağrılar səbəbi ilə bizə müraciət etdi. Ətraflı müayinələr zamanı xəstədə "yayılmış peritonit” aşkarlandı. Xəstəni Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürtdük. Qısamüddətli əməliyyatönü hazırlıqdan - sidik alındıqan, infuziya olunduqdan sonra xəstəni əməliyyat etdik. Əməliyyat zamanı qarın boşluğundan 6 litrə yaxın irin, maye fibrin ərpləri xaric olundu. Həmin mədə nahiyyəsində olan perifriotrik dəlik tikildi”.
F. Camalov deyir ki, ağır cərrahiyyə əməliyyatından 3 gün keçməsinə baxmayaraq, xəstənin halı həkimləri tam qane edir:
"Xəstə əməliyyatdan 4 saat sonra süni nəfəs aparatından ayrılıb. Onu da qeyd edim ki, kardioloqların xəstənin vəziyyətinin ağır olması, əməliyyat edilməməsi ilə bağlı tərəddüdü, təkidi var idi. Amma xəstədə peritonit olduğuna görə, həyati göstərişləri bu əməliyyatı vacib bildiyinə görə, biz onu əməliyyat etdik. Əməliyyat 3 saat davam etdi və çox yaxşı nəticələndi”.


Oxunub: 379






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim