reklam
USD
14 ℃
EUR
BAKI

Azərbaycan ABŞ-da sinaqoqun bərpasına maddi yardım ayırdı

RƏSMİ / 02.03.2018 00:27
Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, Azərbaycanın ABŞ-dakı səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresinin nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkib, ötən il Harvi qasırğası nəticəsində zərər görmüş sinaqoqda aparılan bərpa işləri ilə tanış olublar.

  Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudi Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.

Bu məqsədlə təşkil edilmiş tədbirdə Azərbaycan və yəhudi xalqları arasında dostluq ənənələrinə uyğun olaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova bu sinaqoqun bərpasına maddi yardım təqdim edib və Azərbaycanın hər zaman dostlarının yanında olduğunu vurğulayıb.

Maddi yardıma görə təşəkkürünü bildirən ravvin David Rozen anti-semitizmin heç zaman olmadığı Azərbaycanın zəngin multikulturalizm ənənələrini təqdir edib, Azərbaycanın ABŞ və İsrailin yaxın tərəfdaşı olmasına görə təşəkkür edib.

Bu fikirlərlə həmrəy olduğunu qeyd edən ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olması, hər iki xalqın həm çətin, həm də xoş gündə bir-birinə dəstək olduğunu qeyd edib.

İsraildə fəaliyyət göstərən AZİZ təşkilatının rəhbəri Lev Spivak Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, İsrail-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Daha sonra Azərbaycan və yəhudi icmasının nümayəndələri maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Oxunub: 428






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim