reklam
USD
24 ℃
EUR
BAKI

Rusiyanın qadağa qoyduğu məhsullar Bakı mağazalarında - TƏHLÜKƏ (FOTO)

Cəmiyyət / 02.03.2018 09:24
Şimal qonşumuz Belarus süd məhsullarının idxalına qadağa qoyub, Azərbaycan paytaxtında bundan xəbərsizdirlər, həm də...

Fevralın 26-dan etibarən Rusiya Belarus süd məhsullarının idxalına qadağa qoyub. "Rosselxodnadzor” bəyan edir ki, qadağa Avrasiya İqtisadi İttifaqı və Rusiya Veterinar-Sanitar tələblərinin pozuntuları ilə əlaqədardır. Məlum olduğu kimi, 2017-ci ildə Belarus Rusiyaya süd məhsullarının əsas idxalçısı idi.

Xatırladaq ki, 2014-cü ildə də Rusiya Belarusda istehsal olunan ət və süd məhsullarının ölkəyə idxalını dayandırmışdı. Rusiyanın müvafiq qurumu bu addımını həmin məhsulların sanitar-epidemioloji normalara cavab verməməsi ilə əsaslandırmışdı. Buna cavab olaraq həmin il Belarus hakimiyyəti də Rusiyada istehsal olunan bir sıra ərzaq məhsullarının ölkəyə idxalını qadağan etmişdi. Həmin ərzaq siyahısına makaron növləri və üyüdülmüş "Mokka” qəhvəsi daxil idi. Belarusun baş sanitar həkimi İqor Qayevskinin sözlərinə görə, bu ərzaq məhsulları sanitar normalara uyğun deyil. 2015-ci ildə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenkonu onun ölkəsinə təbii süd əvəzinə süd tozundan hazırlanmış maye "itələməkdə” ittiham etmişdi. Bu haqda Rusiya-Qazaxıstan regionlararası iqtisadi forumunda söhbət getmişdi. Nazarbayevin sözlərinə görə, Avrasiya İttifaqına daxil olan ölkələr arasında ərzaq məhsullarının tərkibinə və xammalın keyfiyyətinə dair yeni standartlar, dəqiq texniki reqlamentlər tətbiq edilməlidir. Belə standartların olmaması nəticəsində bəziləri bazarda haqsız rəqabət imkanları əldə edir:

"Elementar olaraq təbii və tozdan hazırlanmış süd arasında dəqiq sərhəd müəyyən edilməyib. Biz dostumuz Aleksandr Qriqoryeviçlə mübahisə edirik, o, bura süd tozu itələyir, süd tozu qarışdırılıb satılır. Bu, heç də təbii süd deyil” - Nazarbayev bildirmişdi.

Qazaxıstan prezidentinin sözlərinə Rusiya prezidenti Vladimir Putin də dəstək vermişdi: "Bu, əslində süd deyil, süd içkisidir”.

Eləcə də 2009-cu ildə də süd tozundan hazırlanmış süd üstündə Belarusla Rusiya arasında ciddi iqtisadi qarşıdurma yaranmışdı. İki ölkə arasında "süd müharibəsi” zamanı Rusiya Belarusdan süd və süd məhsullarının idxalına qadağa qoyub, əvəzində Lukaşenko Rusiyadan ölkəyə süd və süd məhsullarının idxalını dayandırmışdı. Lakin sonda Belarus Rusiyanın tələbləri ilə razılaşaraq bu ölkəyə təbii süd və "süd içkisi” idxalını ayırmışdı.

Qeyd edək ki, Belarusdan ölkəmizdə çoxsaylı çeşiddə süd məhsulları gətirilir. Əhalinin də bu məhsullara tələbatı böyükdür. Hətta iki il öncə paytaxt Bakıda Belarus ərzaq, o cümlədən ət və süd məhsulları mağazası açılıb. Beləliklə, Rusiya Belarusdan gətirilən süd məhsullarına qadağa qoysa da, ölkəmizdə hələ də bu məhsullar satılır və geniş alıcı kütləsi var.

Məsələ ilə bağlı əməkdaşımız paytaxtdakı mağazalarda olub. Əməkdaşımızın müşahidəsinə görə, satıcılar Rusiyanın bu qərarından xəbərsizdir. Eləcə də alıcılar Rusiyanın qadağasına məhəl qoymadığını, keyfiyyətinə etibar edərək daim Belarus süd və ağartılarını aldıqlarını bildirib. Müşahidəmiz zamanı məlum oldu ki, alıcılar daha çox Belarus istehsallı "Savuşkin”, "Brest-Litovsk” firmasından olan süd, pendir, yağ, yoğurt məhsullarına üstünlük verir.

"Ümumiyyətlə, ölkəmizdə çox təhlükəli qida məhsulları var”.

Unikal.orgxəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat”a açıqlamasında bildirib. Qurum sədri ölkəmizdə qidanın təhlükəsizliyi ilə bağlı qanunun olmamasından şikayətlənib: "Qanun olmayan yerdə cinayət baş verir. Ötən il ölkə prezidenti Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı sərəncam imzaladı. Lakin agentlik bu gün heç bir iş aparmır, kifayət qədər ictimai şəffaf iş gözə dəymir. Beləliklə, ölkədə kifayət qədər təhlükəli qida məhsulları var. Bu da insanların sağlamlığında mənfi izlər buraxır. O cümlədən də Belarusdan gətirilən qida məhsulları səthi yoxlanılır, yalnız gigiyenik sertifikatı verilir. Lakin demək olmaz ki, bir ölkədən gətirilən bütün məhsullar təhlükəlidir. Onların hamısı ekspertizadan keçməlidir. Hər halda, Rusiyanın qadağan etdiyi məhsulun Azərbaycana gətirilməsi istisna olunmur”.




Oxunub: 350






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim