reklam
USD
2 ℃
EUR
BAKI

Nazirlikdən posta hücumla bağlı detallı AÇIQLAMA: "Polis avtomobilini güllələyib..."

Reportaj / 03.03.2018 16:42
Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının avtomobilinə atəş açan şəxslə bağlı məlumat yayıb.
 Carci.tv nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 1-də saat 17 radələrində Ələt-Astara yolunun 16-cı kilometrliyində naməlum sürücü idarə etdiyi "Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılmış, bu zaman sürücü onu təhqir edərək hadisə yerini tərk edib.

Dərhal həmin avtomobilin saxlanılması üçün müvafiq tədbirlər görülüb, həmin ərazidəki BDYPİ-nin stasionar postunda həmin avtomobilə "saxla” işarəsi verilib, lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq oradan uzaqlaşıb. Martın 2-də saat 15 radələrində Ələt-Astara yolunun 38-ci kilometrliyində naməlum sürücü idarə etdiyi "Mitsubishi L 300” markalı avtomobili qəsdən yol polisi əməkdaşının xidməti "KİA” markalı avtomobilinə vurub, habelə odlu silahla polis əməkdaşını hədələyərək ondan yaxınlaşmamağı tələb edib, bir qədər sonra öz maşınını "BMW” markalı avtomobildə xidmət aparan polis əməkdaşlarının yanında saxlayaraq onları da təhqir edib, odlu silahdan "BMW”-yə tərəf 1 dəfə atəş açıb hərəkətini davam etdirib.

Salyan RPŞ əməkdaşları tərəfindən görülmüş əməliyyat tədbirləri nəticəsində avtomobil şəhər ərazisində saxlanılarkən sürücü, idarə etdiyi avtomobildən polis əməkdaşlarının olduğu avtomobilə bir neçə dəfə atəş açıb, avtomobillə yol polisi əməkdaşını qolundan vurub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Bağırov olması müəyyən edilib. Həmçinin martın 1-də "Mercedes” markalı avtomobillə qeyd edilən hərəkətlərin də onun tərəfindən törədilməsi məlum olub.

O.Bağırovdan müvafiq sənədləri olmayan "İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb.


Oxunub: 576






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim