reklam
USD
2 ℃
EUR
BAKI

Vergi işçiləri ilə bağlı bu məhdudiyyət ləğv olundu

İqtisadiyyat / 08.03.2018 09:59
Nazirlər Kabineti "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.

Bu Qayda vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Vergilər Nazirliyinin xüsusi xəzinə hesabı açılır. Büdcədənkənar vəsaitin uçotu Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun həyata keçirilir. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyitərəfindən həyata keçirilir.

Bu Qaydalarda dəyişiklik büdcədənkənar vəsaitdən istifadə istiqamətləri artırılıb. Artıq vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə bu vəsaitlər hesabına məqsədli təqaüdlər də ödəniləcək.
Qaydaya əsasən indiyə qədər büdcədənkənar vəsaitin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə ayrılıb.

Bundan sonra büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği bu məqsədlə ayrılacaq, ancaq bu halda illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla bağlı məhdudiyyət olmayacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhdudiyyət ləğv edilib.


Oxunub: 371






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim