Prezident Yaponiya Baş nazirinin müşavirini qəbul edib
XƏBƏR / 08.03.2018 12:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.
Tomohiko Taniguçi Yaponiyanın Baş naziri Şinzo Abenin salamlarını dövlətimizin başçısına çatdırdı. Tomohiko Taniguçi Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verdi və Yaponiyada insanların bu hadisədən dərin kədər hissi keçirdiklərini qeyd etdi. O bildirdi ki, Yaponiya Azərbaycanın İslam aləmində sabitlik, təhlükəsizlik və qarşılıqlı anlaşmada roluna xüsusi əhəmiyyət verir. Sonra Tomohiko Taniguçi Yaponiya hökuməti tərəfindən Azərbaycana təcrübəli səfirin göndərilməsini əlaqələrimizin inkişafına verilən önəm kimi dəyərləndirdi.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan dövlətimizin başçısı Yaponiya hökumətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan başlayaraq və bu gün də davam edən dəstəyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev, həmçinin Yaponiya bank sektorunun ölkəmizdə infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini qeyd etdi və bildirdi ki, bu gün ölkələrimiz arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinə söykənən çox yüksək səviyyədə ikitərəfli münasibətlər mövcuddur.
Dövlətimizin başçısı Yaponiyanın Azərbaycanda təyin olunmuş səfirinin Azərbaycanın dostu olduğunu və Yaponiya hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin reallaşmasında fəal rol oynadığını bildirdi.
Görüşdə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Baş nazir Şinzo Abenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Yaponiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Oxunub: 297
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim