reklam
USD
8 ℃
EUR
BAKI

Rəsulzadənin vəfatından sonra özünü öldürmək istəyən xanımı – Polyak qızı Vanda

Cəmiyyət / 09.03.2018 09:29

Dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu. 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Modern.az-a istinadənhəm 8 Mart günü, həm də qarşıdan gələn Cümhuriyyətin 100 illiyi münasibətilə fədakar xanımların birindən bəhs edən yazını oxucuların diqqətinə çatdıracaq.

Həmin xanım Azərbaycan Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin polyak həyat yoldaşı Vanda (Leyla) Rəsulzadədir.

Bildiyimiz kimi, ADR dağılandan sonra Rəsuladə Avropanın bir neçə ölkəsində yaşayıb, xeyli əziyyətlərə qatlaşmalı oldu. Yalnız 1947-ci ildə onların Türkiyə qayıtmasına icazə verilir. Məhz bundan sonra Rəsulzadənin ömrünün sonuncu yəni Türkiyə dönəmi başlayır. O. Türkiyəyə gələn kimi Rəsulzadə Azərbaycan-Türkiyə cəmiyyətini formalaşdırır və Azərbaycandan digər ölkələrə gedən mühacirlərin Türkiyəyə gəlməsinə şərait yaradır. Daha sonra isə o, Azərbaycan-Türk Kültür dərnəyini yaradır. Həmin dərnəyin ətrafında azərbaycanlıları toplayır. Bu çox mühüm bir iş idi. Çünki İkinci Dünya Müharibəsindən sonra dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlıları birləşdirmək və kömək etmək çox çətin idi. Dərnəyin fəaliyyət proqramının birinci maddəsində də yazılırdı ki, bu dərnək siyasətlə uğraşmır. Çünki rəsmi Türkiyə Azərbaycan və digər millətlərin olan mühacirlərin Türkiyəyə qayıtmasına icazə versə də onların siyasətlə məşğul olmasına qarşı idi.

Bütün bu işlərin görüldüyü illərdə Rəsulzadəyə hər zaman bir adam kömək edib – xanımı Vanda Rəsulzadə…

Bu illərdə Rəsulzadə Ankarada Milli Kitabxanada çalışırdı. Ankarada Qızıl Ay deyilən ərazidə o qədər də yaxşı şəraiti olmayan bir evdə polyak xanımı Vanda (Leyla) ilə yaşayırıdı. Ömrünün sonlarında Rəsulzadə şəkər xəstəliyindən əziyyət çəkirdi. Çox ciddi şəkildə pəhriz saxlayırdı. Leyla xanım onu ciddi pəhrizlə qoruyurdu. Bu da başa düşülən idi. Keçirdiyi sarsıntılar, yaşadığı ağır həyat ömrünün sonunda öz təsirini göstərməli idi.

Son günlərində isə ən çox gəldiyi yerlərdən biri Azərbaycan Kültür Dərnəyi idi. Ömrünün son illərini yaşamasına baxmayaraq, xeyli gəncin ora toplanmasının səbəbkarı da məhz, Rəsulzadə olur. Elə bu dönəmdə vaxtilə 1920-ci illərdə yaratdığı azərbaycan milli mərkəzini yenidən qurub gəncləri ora cəlb etdi. Məhəmməd Kəngərli, Əhməd Qaraca həmin mərkəzə cəlb olunan gənclərdən idi. Onlar Rəsulzadənin ötürdüyü bu estafeti layiqincə daşıdılar.

Lakin nə qədər çox iş görmək istəsə də sonda mənfur xəstəlik öz sözünü deyir və 1956-cı ilin 6 martında Rəsulzadə dünyasını dəyişir.

Leyla xanım Rəsulzadənin ölümünü çox pis qarşıladı. O, buna inanmaq istəmirdi. Kəngərli bildirirdi: "Biz hətta onu intihar etməsin deyə, qoruyurduq. Çünki Leyla xanım Rəsulzadənin ölümünə bu səviyyədə yanaşırdı. Ondan sonra biz Ankara bələdiyyəsinin icazəsi ilə Rəsulzadəni Əsri qəbristanlığına apardıq. Onun ölümü tək Azərbaycan üçün yox bütün türk dünyası üçün, bütün dünyada azadlıq uğrunda mübarizə aparan insanlar üçün böyük itki oldu. Ölümü ilə bağlı ilk informasiyanı Ankara radiosu verdi. Dəfnində Türkiyədə olan bütün mühacir təşkilatın nümayəndələri iştırak etdilər”.



Oxunub: 373






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim