reklam
USD
6 ℃
EUR
BAKI

Azərbaycanda beynəlxalq boks turniri LƏĞV EDİLDİ - Maliyyə çatışmazlığına görə

İDMAN / 09.03.2018 15:36
Azərbaycan Boks Federasiyası maddi problemlər səbəbilə"Böyük İpək yolu” Beynəlxalq Turnirini təşkil etməkdən imtina edib.

Federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərovun rəhbəri olduğu qurum hər il keçirilən, ənənəvi hal alan "Böyük İpək yolu” Beynəlxalq Turnirini bu il keçirə bilməyəcək. Rəhbərlikdən bu barədə milli komandanın üzvlərinə də məlumat verilib.

Milli komandanın üzvü olan boksçuların saytımıza bildirdiyinə görə, onlara deyilib ki, bu il 10-cu dəfə keçirilməsi nəzərdə tutulan yarışdan imtina edilməsinə səbəb federasiyadakı maddi sıxıntılardır. Yarışın gələn il yenidən keçirilməsi isə sual altındadır. Bununla bağlı federasiyanın rəhbərliyinin də dəqiq məlumatı yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevlə əlaqə saxladıq.

Danışan qurum rəsmisi yarışın keçirlməməsi ilə bağlı xəbəri təsdiqləyib. Amma səbəbləri barədə dəqiq məlumat verməyib:

"Bu il beynəlxalq federasiyada da dəyişiklik oldu. Ona görə bu il çox guman ki, "Böyük İpək yolu” Beynəlxalq Boks Turniri keçirilməyəcək”.

Qeyd edək ki, 2009-cu ildən bəri hər il keçirilən "Böyük İpək yolu” Beynəlxalq Turnirinə 10-a yaxın ölkə və 100-dən çox idmançı qatılır. Turnir hər il mart ayında təşkil olunur.

Onu da bildirək ki,Boks Federasiyasının prezidenti Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.


Oxunub: 525






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim