reklam
USD
9 ℃
EUR
BAKI

Əmanətlərin Sığortalanması Fondu “Elektron hökumət” portalına inteqrasiya edilib

İqtisadiyyat / 10.03.2018 15:21
Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Elektron hökumət” portalına inteqrasiya edilib.

Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun təqdim etdiyi "Əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” adlı elektron xidmət "Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək. Belə ki, artıq əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti heç yerə getmədən məhz portal üzərindən əldə edə biləcəklər. Bunun üçün ilk növbədə "Elektron hökumət” portalının təqdim etdiyi 4 audentifikasiya vasitələrindən birini istifadə etməklə portaldan qeydiyyatdan keçmək vacibdir. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür. Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edib, əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib "göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

Qeyd edək ki, hazırda depozit məlumatlarını dəqiqləşdirmək üçün müştərilər yalnız "DəmirBank” üzrə fonda müraciət edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən yaradılıb, 2007-ci il avqustun 12-dən isə fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Qeyd edək ki, fondun sığorta ehtiyatları ADIF-ə üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşır. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.


Oxunub: 353






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim