reklam
USD
1 ℃
EUR
BAKI

Azərbaycanda güzəştli biznes kreditlərinin həcmi artırıla bilər

İqtisadiyyat / 11.03.2018 16:06
Azərbaycan İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci il üçün biznesin güzəştli kreditləşməsinin həcmini artıra bilər.

Bu barədə Trend-ə SKMF-un direktoru Şirzad Abdullayev məlumat verib.

Azərbaycanın 2018-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinə əsasən, bu il SKMF xətti ilə 170 milyon manat dəyərində güzəştli kreditlərin ayrılması planlaşdırılır.

"Bizim əlavə maliyyə vəsaitlərimiz var. Yəni, biz öz tərəfimizdən 2018-ci ildə maliyyələşdirilmənin həcmini 200 milyon manatadək artıra bilərik. Bu məsələdə hər şey banklar və sahibkarlar arasında razılaşmalardan asılıdır", - deyə o qeyd edib.

SKMF direktoru həmçinin əlavə edib ki, təlabatın yarandığı halda güzəştli kreditləşmənin həcmi artırıla bilər.

Qeyd edək ki, SKMF 1992-ci ildə yaradılıb.Sahibkarlara kreditlərin verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsi ilə həyata keçirilir. 2017-ci ildən başlayaraq SKMF güzəştli kreditləşdirilməni yalnız qaytarılmış vəsaitlər hesabına ayırır.

1992-2017-ci illər ərzində sahibkarlara SKMF xətti ilə ümumi dəyəri 4,5 milyard manat təşkil edən layihələrin həyata keçirilməsi məqsədi ilə 2,1 milyard manat məbləğində güzəştli kreditlər verilib. Kreditlər 34 600 sahibkara təqdim olunub.


Oxunub: 341






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim