reklam
USD
3 ℃
EUR
BAKI

Anar: “80 yaş məni qorxutmur”

Mədəniyyət / 14.03.2018 12:04
Bu gün Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yubileyidir - 80 yaşı tamam olur. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar 1938-ci ildə martın 14-də iki məşhur yazıçı - Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.

Yazıçı olamaqla yanaşı, Anar həm də ictimai xadimdir. O, 1995-2000-ci illərdə isəMilli Məclisin üzvü olub.

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı olan "İstiqlal” ordeni ilə təltif olunub.

Modern.az saytı yazıçının doğum günündə qısa da olsa təəssüratlarını öyrənə bilib. Heç demə, 80 yaş yubilyarı qorxutmur.

"80 yaş məni qorxutmur. Həyat hər mənada gözəldir. 80 illik ömrümü çox yaxşı keçirmişəm. Nədənsə gileylənə bilmərəm. Əsas odur ki, geriyə baxanda yaxşı anları xatırlaya bilirəm”.

Yubilyar bir məqamı da qeyd edib.

"Onu mütləq deməliyəm. Bəzən belə düşünürlər ki, insanın yaşı artdıqca, həyata baxışı dəyişir. Amma mənim yaşım artdıqca həyata baxışım heç dəyişməyib. Təbriklərə gəlincə, dostlardan, yaxınlardan təbriklər alıram. Düzü, ilk kimin təbrik etdiyi yadımda qalmayıb. Amma doğum günü təbrikləri davam edir”.

Yazıçı Anar doğum günündə oxucularını da unutmayıb.

"Oxucularıma ancaq xoşbəxtlik arzulayıram. Onlar olmasaydı, biz də olmazdıq”.



Oxunub: 431






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim