reklam
USD
21 ℃
EUR
BAKI

Mətbuat Şurasının yubileyinə həsr olunmuş mərasim keçirilib - FOTO

XƏBƏR / 14.03.2018 16:42
Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Carci.tv xəbərinə görə, mərasimdə Azərbaycan prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, millət vəkilləri, media nümayəndələri, ziyalılar və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Ə. Həsənov Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib: "Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Azərbaycan prezidenti cənab İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilmişdi. Mətbuat Şurasının fəaliyyətinə ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi. Mətbuat Şurası cəmiyyətimizdə də, jurnalist ictimaiyyəti arasında da və ona müraciət edən ayrı-ayrı vətəndaşlar arasında da, o cümlədən dövlət qurumları arasında özünəməxsus nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da gücləndirəcək”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Şura son 15 ildə Azərbaycanda söz və fikir azadlığının möhkəmlənməsində, inkişafında böyük rol oynayıb: "Mətbuat Şurası 15 il bundan əvvəl 250-yə yaxın kütləvi informasiya vasitəsi, jurnalist təşkilatları tərəfindən təsis edilib. Azərbaycan vətəndaşları, həkimlər, müəllimlər, ziyalılar media ilə bağlı problemlərini Mətbuat Şurası vasitəsilə həll etməyə çalışdılar. Azərbaycan ictimaiyyəti Mətbuat Şurasının timsalında özünün ümid yerini görür".

Yarandığı gündən indiyə kimi Şuraya 12 mindən çox şikayətin daxil olduğunu vurğulayan Ə. Amaşov qeyd edib ki, Azərbaycan dövləti Mətbuat Şurasına daim dəstək verib: "Şuraya daxil olan 12 min şikayət bir-bir araşdırıldı, tərəflərlə görüşdük. 7 il ofissiz qalan Mətbuat Şurasına Azərbaycan dövləti hər cür şəraiti olan ofis bağışladı. Azərbaycan dövləti Şuranın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərini dəstəklədi. Biz güclü medianın tərəfdarıyıq".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai isə bildirib ki, Mətbuat Şurası 15 il ərzində böyük inkişaf yolu keçib: "BMT Azərbaycanda müstəqil medianın inkişafında maraqlıdır. Biz bu yaxınlarda Mətbuat Şurası ilə əməkdaşlığa başlamışıq. Əməkdaşlıq çərçivəsində azərbaycanlı jurnalistlərə təlimlər keçiriləcək".

Öz növbəsində Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, Mətbuat Şurası yarandığı gündən Avropa Şurasının Bakı ofisi ilə sıx əməkdaşlıq edib: "Mətbuat Şurası bizim uğurlu tərəfdaşımızdır".

Sonra Mətbuat Şurasının 15 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Mərasimdə Mətbuat Şurasının 2010-cu ildə təsis etdiyi Ali Media Mükafatı 3 dərəcə üzrə 2017-ci ilin laureatlarına təqdim olunub. "APA Holding"ə daxil olan Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə II dərəcəli Ali Media Mükafatına layiq görülüb.

Ali Media Mükafatının I dərəcə üzrə laureatı isə Telli Pənahqızı olub. O, Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.

Tədbir konsert proqramı ilə davam etdirilib.












Oxunub: 391






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim