reklam
USD
11 ℃
EUR
BAKI

"Azərbaycanın haqlı olduğunu bütün millətlər qəbul edir" - Binəli Yıldırım

RƏSMİ / 14.03.2018 17:51
"Dağlıq Qarabağ məsələsi qanayan yaradır. Azərbaycanın bu məsələdə tamamilə haqlı olduğunu bütün millətlər, BMT, ATƏT kimi təşkilatlar qəbul edir. Guya həll etməyə də çalışırlar. Amma heç bir halda irəliləyiş əldə olunmur".

Bunu apa-ya müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
B. Yıldırım bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyon insan yerindən, yurdundan didərgin düşüb: "Təbii ki, bunun belə davam etməsi mümkün deyil, heç kim bunu istəyə bilməz. Bu yaxınlarda Azərbaycan və Gürcüstan parlamentindən millət vəkilləri Türkiyəyə gəlmişdi. Xocalı qətliamının ildönümü münasibəti ilə rəsm sərgisi açıldı. Bu ibrətamiz bir şeydir. O qətliamı, vəhşiliyi unutmaq mümkün deyil. Biz əvvəl-axır Dağlıq Qarabağ məsələsinin, Azərbaycanın haqlı davasının ən uğurlu şəkildə həll ediləcəyinə inanırıq. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, bura Azərbaycanın ərazi bütövlüyünə daxildir. Bunu hər kəs qəbul edir. Hüquqi həll əvvəl-axır olacaq".
Baş nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanla birlikdədir: "Bu məsələnin həlli tək Azərbaycan və Ermənistan arasındakı məsələnin həlli anlamına gəlmir. Bu, bütün bölgənin stabilliyi, təhlükəsizliyi üçün önəmli məsələdir".


Oxunub: 461






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim