reklam
USD
5 ℃
EUR
BAKI

Əli Həsənov Anadolu Agentliyi və TRT kanalının rəhbərləri ilə görüşdü - FOTO

RƏSMİ / 14.03.2018 19:55
Türkiyənin Anadolu Agentliyinin və TRT televiziya kanalının rəhbərləri Azərbaycanda bir sıra görüşlər keçirir.

Martın 14-də bu görüşlər çərçivəsində ilk olaraq agentliyin və televiziyanın rəhbərləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla görüşüblər.

Görüşdə ölkələrimiz arasında informasiya və təbliğat sahələrində birgə fəaliyyətin geniş aspektləri müzakirə olundu. Anadolu Agentliyi və TRT, o cümlədən Azərbaycanın rəsmi kütləvi informasiya vasitələri arasındakı əlaqələrdən, ayrı-ayrı hadisələrlə bağlı hər iki ölkəni təmsil edən kütləvi informasiya vasitələrinin birgə fəaliyyətindən söhbət açıldı, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycanda keçiriləcək prezident seçkiləri, o cümlədən Türkiyənin cəlb olunduğu regional münaqişələr, Afrin hadisələri, qardaş ölkədə yaşanan daxili proseslər, ictimai-siyasi hadisələr və digər məsələlərlə bağlı indiyə qədər olduğu kimi, gələcəkdə də razılaşdırılmış birgə informasiya siyasətinin yürüdülməsinin zəruriliyi diqqətə çatdırıldı. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdikləri tapşırıqlara müvafiq olaraq iki ölkəni təmsil edən rəsmi kütləvi informasiya vasitələrinin fəaliyyətinin əlaqələndirilməsi məsələsinin zəruriliyi vurğulandı.

Qeyd edək ki, Anadolu Agentliyi və TRT kanalının rəhbərlərinin Azərbaycana səfərinin məqsədi VI Qlobal Bakı Forumunda iştirak etməkdir. Onlar, eyni zamanda, AZƏRTAC-ın, Azərbaycan Televiziyası, İctimai Televiziya və ölkəmizin digər kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirəcəklər.


Oxunub: 479






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim