reklam
USD
14 ℃
EUR
BAKI

VI Qlobal Bakı Forumu başlayıb

XƏBƏR / 15.03.2018 10:44
Bakıda "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu başlayıb.

  VI Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edir.
Mərasimdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000 İsmayıl Səragəldin, Türkiyənin baş naziri Binəli Yıldırım da çıxış edəcək, İtaliya prezidenti Sercio Matarella, Böyük Britaniyanın baş naziri Tereza Mey, Rumıniyanın baş naziri Viorica Dancila, Roma Papası Fransisk və BMT baş katibi Antonio Quterrişin Foruma ünvanlanan müraciətləri oxunacaq.

NGBM həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqanın çıxışı ilə VI Qlobal Bakı Forumunun açılış mərasimi başa çatacaq.

Üç gün davam edəcək VI Qlobal Bakı Forumu çərçivəsində "Güc anlayışı: böyük güclər və digərləri”, "Meydana çıxan yeni güclər”, "Çoxluqlar azlıqlara qarşı”, "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq”, "Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?”, "Çinin xarici siyasətini necə başa düşmək olar”, "Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?”, "İnternetin üstünlükləri və yaratdığı çətinliklər”, "Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik”, "Elm və siyasət” və "Dini/mədəni müxtəliflik-siyasi liderlik üçün hansının rolu daha önəmlidir?” mövzularında panellər keçiriləcək.
Qeyd edək ki, forumun işində Albaniya prezidenti Ilir Meta, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyəni baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya baş nazirinin müavini Ana Birçall da daxil olmaqla, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edir. Eyni zamanda, tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq iştirak edir.


Oxunub: 462






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim