reklam
USD
9 ℃
EUR
BAKI

Binəli Yıldırım: “Bu il Azərbaycan qazı Türkiyə üzərindən Avropaya ixrac olunacaq”

XƏBƏR / 15.03.2018 11:25
”Azərbaycan dialoqu təşviq etmək üçün 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaradıb və qısa müddətdə 100-dən artıq dövlət və hökumət başçısının bir araya gəlməsini təmin edib”.

Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən bəhs edən B. Yıldırım bildirib ki, Nizami Gəncəvi dünyadakı problemlərin çözümünun alimlərdə olduğunu söyləyib: "Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aktual problemlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu dəfə Forumda müzakirəyə çıxarılacaq "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu aktualdır. Hər bir məsələnin mərkəzində insan var. Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik. Bunun üçün iqtisadi sahədə uçurumlar aradan qaldırılmalıdır. Təəssüf ki, reallıqlar bu sahədə optimist olmağa əsas vermir. Bu iqtisadi uçurumların aradan qaldırılması üçün böyük səy göstərilməlidir. Bu gün dünyada bir tərəfdən müasir texnologiyanın, süni intellektin inkişaf etməsi, digər tərəfdən iş sahələrinin sürətlə dəyişməsi müsbət haldır. Ancaq bunun bütün ölkələrə faydalı olması üçün regional və qlobal əməkdaşlığa ehtiyac var. Bir ölkənin geri qalması, digərinin inkişaf etməsi ümumi inkişaf üçün faydalı deyil”.
Türkiyə baş naziri bildirib ki, bu gün dini radikalizm, islamofobiya kimi hallar artıb: "Sülh şəraitində yaşayan cəmiyyətlərin olması üçün belə hallara qarşı mübarizə aparılmalıdır. Türkiyə bu yoldadır, sülhsevər, dostları artırmaq, düşmənləri azaltmaq yönündə siyasət həyata keçirir. Bu, terrorizmə qarşı təsirli mübarizə üçün də önəmlidir".
B. Yıldırım qeyd edib ki, Türkiyə dinlərin və mədəniyyətlərin qovuşma nöqtəsidir: "Hazırda ölkələrin bir-birindən asılılığının artdığı bir dünyada yaşayırıq. Yalnız birlikdə rifahı təmin etməyimiz mümkün olacaq. Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə Qafqazda böyük əhəmiyyətə malik layihələr həyata keçirib və keçirir. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək. Bu il TANAP layihəsi də tamamlanacaq və Azərbaycan qazı Türkiyə üzərindən Balkanlara, Avropaya ixrac olunacaq. Bu, ölkələrin enerji təchizatı baxımından mühüm layihədir”. (APA)


Oxunub: 444






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim