reklam
USD
9 ℃
EUR
BAKI

KİVDF jurnalistləri mükafatlandırdı - FOTOLAR

Cəmiyyət / 17.03.2018 16:50
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən tədbirdə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif edilib.

Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ağsaqqallar Birliyinin sədri Fəttah Heydərov, və digər media nümayəndələri iştirak ediblər.
Tədbir aparıcılar qonaqları salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra isə KİVDF-nin iş fəaliyyətindən, jurnalistlərin, KİV-in potensialından, bu istiqamətdə görülmüş və görüləcək genişmiqyaslı işlərdən danışılıb.
Sonra söz KİVDF -nin sədri Vüqar Səfərliyə verilib. O bildirib ki, fond jurnalistlərin mənzil məişət səviyyəsinin yaxşılaşdırılması üçün layihələr həyata keçirib: "Fondumuz KİV nümayəndələrinə diqqət ayırır. İl ərzində 10-a yaxın belə müsabiqələr keçirilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb. Bu ilin ilk müsabiqəsi Novruz bayramına həsr edilib. Ümumilikdə müsabiqəyə 169 yazı verilib. Müsabiqə nəticələrinə görə, 1-ci yerə 500 AZN, 2-ci yerə 400 AZN, 3-cü yerə isə 300 AZN dəyərində mükafat təyin edilib. Bu gün isə yalnız 1-ci yeri tutan 15 qalibə mükafatları təqdim etmək üçün burda yığışmışıq. "
Prezidentin köməkçisi Əli Həsənov tədbir iştirakçılarını təbrik edib: "Mən hər zaman qeyd edirəm ki, jurnalistlər bu ölkənin ən güclü nümayəndələridir. Qələm əhlinin arasında olmaq çox gözəldi. Siz ölkə daxilində baş verən hadisələri dünyaya işıqlandıran güzgüsüz. Ötən il dövlətin, sosial həyatın, iqtisadiyyatın inkişafına həsr edilmiş çoxsaylı layihələr gerçəkləşdirilib. Cari ildə isə bizi gözəl layihlər gözləyir. Ən mühüm layihə isə 11 aprel seçkilərdi. Artıq seçkiqabagı təbliğat başlayacaq. Bu mövzuda da siz aktiv olmalısınız. Seçkiləri müşahidə edəcək qurumlar öz müşahidələrini, seçkinin şəffaflığını sizlərin vasitəsiylə bütün dünyaya çatdıracaqlar. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyiyi təntənəli şəkildə qeyd olunacaq. Jurnalistlərimiz bu istiqamətdə həyata keçiriləcək mühüm və əlamətdar layihələri cəmiyyətə çatdıracaqlar. Burada iştirak edən jurnalistlərin timsalında bütün jurnalistləri, təmsil etdikləri KİV orqanları təbrik edirəm. Bu gün respublikamızda jurnalistlərin qorunması, həyat və rifah şəraitinin yaxşılaşdırılması, senzuralardan azad olunması ölkədə medianın nə dərəcədə yüksəkdə olmasının bariz nümunəsidir. Düşünürəm ki, dövlətin sizə olan sədaqətini siz də öz fəaliyyətlərinizlə ona geri qaytaracaqsınız. Arzu edirəm ki, bu il Azərbaycanın işğal altında olan torpaqları azad edilsin".
Daha sonra Əli Həsənov qaliblərə KİVDF-nin diplomlarını təqdim edib.



Oxunub: 383






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim