Sürücülərin diqqətinə! Martın 19-da Bakıda bu yollar bağlı olacaq
Cəmiyyət / 17.03.2018 17:23
Martın 19-da keçiriləcək Novruz bayramı şənlikləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, martın 19-da səhər saatlarından Bakı-Ələt magistralının 14-cü kilometrliyindən, "20-ci sahə" dairəsindən, Bayıl qəsəbəsindən, Bayraq Meydanı ətrafından, "Dalğa Plaza" inzibati binasının yanından paytaxtın Azneft dairəsi, Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamətlər dəyişdiriləcək: "Bu tədbirlərin məqsədi Novruz bayramı şənliklərinə qatılan insanların təhlükəsizliyini və onların intensiv hərəkətini təmin etməkdir. Ona görə də Neftçilər prospektinə gedən, kəsişən küçələrdə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan başqa, şənliyin keçirildiyi ərazilərdə avtomobillərin park edilməsi qadağan olunacaq. Nəqliyyat vasitələrini yalnız "Azadlıq" meydanının altındakı dayanacaqda park etmək olar".
V.Əsədov deyib ki, şənliklərə qatılmaq istəyən vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.
Onun sözlərinə görə, martın 19-u saat 13:00-da məhdudiyyət aradan qaldırılacaq və həmin küçələrdə nəqliyyatın hərəkəti bərpa olunacaq.
Qeyd edək ki, həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qız Qalasından start götürəcək bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında başa çatacaq.
Oxunub: 288
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim