reklam
USD
17 ℃
EUR
BAKI

Bu ölkədə 3 adamdan biri milyonerdir

Maraqlı / 19.03.2018 10:05

Super zəngin vətəndaşları üçün torpağı azalan bir ölkənin başçısı olsaydınız, nə edərdiniz?

Balaca bir ölkə təsəvvür edin – ərazisi cəmi 2 kvadrat kilometrdən bir az artıq olan ölkə. Günəşli, sakit, it nəcisi olmayan küçələri olan və gəlir vergisi olmayan bir ölkə.

Elə bir yer ki, avtomobil yarışları və yaxtaçılıq milli əyləncə növü sayılır və insanlar A nöqtəsindən B nöqtəsinə getmək üçün taksi əvəzinə vertolyot çağırırlar.

Burada yaşayan insanların üçdən biri milyonerdir.

Bu kiçik oazis milyonerləri özünə o qədər maqnit kimi cəzb edir ki, günəşli sahillərinə köçmək istəyən varlıların sayı artır. Yerli hakimiyyət də bu zənginləri razı salmaqdan ötrü dənizdə süni adalar inşa etmək qərarına gəlir.

Qəribə səslənsə də, belə bir qeyri-adi yer mövcuddur.

Həmin yer Monakodur – dünyanın milyonerlər mərkəzi. Bu ölkə adambaşına düşən milyonerlərin sayına görə dünyada birincidir .

Fransanın Aralıq dənizi sahili boyu maşınla səyahət etsəniz, sərv ağacları arasında günəşdən ağaran çətirləri ilə bəzənmiş çınqıllı çimərliklər görərsiniz.

Sonra isə gözləmədiyiniz halda qarşınıza hündür sement binalar çıxacaq.

Parıldayan göydələnlər, sürətlə ötüb keçən Bugattilər və dünyaca məşhur kazinonu görər-görmək Monakoya çatdığınızdan əmin ola bilərsiniz.

Dünyanın ən çox əhali sıxlığına malik və super zənginləri üçün əyləncə məkanı sayılan bu ölkədə daşınmaz əmlak tələbatı dayanmadan artır.

Alıcıları cəlb edən dənizə baxan evlər deyil. Bu cırtdan ölkə həm də vergi cənnətidir.

Zənginlik məsələləri ilə bağlı WealthInsights təhlil mərkəzinin rəhbəri Oliver Willimas, insanların Monakoya iqtisadi səbəblər ucbatındab köçdüyünə diqqət çəkir.

"Monakoda gördüyün işin böyük hissəsinə görə gəlir və korporativ vergi yoxdur və insanların bura köçmək istəyinin əsas səbəbi vergidir. Başqa şeylərə isə sadəcə olaraq həyat tərzi daxildir,” o deyir.

Willimas-ın araşdırmasına əsasən, Monakonun təxminən 38 min nəfər hesablanan əhalisinin 30 faizi milyonerdir.

"Siyahıdakı növbəti yerləri Cenevrə və Sürix kimi İsveçə şəhərləri tutur,” o söyləyir.

Amma rəqəmlərin artacağı təxmin edilir.

Portier Cove tikinti sahəsi su ilə doludur

Knight Frank daşınmaz əmlak agentliyinə görə, bu xırda dövlətdə gələn 10 il ərzində 16.100 milyoner özünə ev almaq istəyinə düşəcək. Hal-hazırda isə istəmirlər. Çünki yer yoxdur.

Knight Frank-ın araşdırması göstərir ki, kvadrat metri 67 və 142 min dollar arasında dəyişən Monako, ev qiymətlərinin bahalığı üzrə dünyada birinci gəlir.

Şəhər-dövlət ərazisini artırır

2.02 kvadrat kilometr ərazisi olan ölkədə sıxlıq yaranıb.

Monako Vatikandan sonra, dünyanın ikinci ən kiçik ölkəsidir.

Dağ döşündə, göydələnlər şəklində və hətta torpaqda tunel kimi salınan evlər yeni yaşayış yerləri üçün sahə buraxmayıb.

Bu yeni super zəngin ərazidə ev tələbatını qarşılamaq məqsədilə hazırkı rəhbər Şahzadə II Albert torpaq salınması layihəsinə razılıq verib.

Monakonun hakim monarxı Şahzadə II Albert, təbiətə minimum ziyan vurmaq şərti ilə ölkədəki milyonerlərinin ev tələbatını qarşılamağa çalışır

Monako hökuməti layihəni gözdən keçirir və özəl maliyyəçilər inşa üçün pul ayırırlar.

2.1 milyard dollar dəyərindəki Ofşor Urban Genişlənmə Layihəsi 2026-cı ilə qədər ölkəyə 6 hektar torpaq bəxş edəcək. Buraya 30 gəmilik liman, park və 120 yeni mənzilə malik lüks yaşayış binaları daxil olacaq.

Lakin tikinti nəhəng işlər tələb edir: kaisson adlı suyadavamlı sementlə dolu geniş kameraları dənizə yerləşdirmək, sonra ətrafındakı suyu qurutmaq və oraya Siciliyadan gətirilən qumu tökərək sahildə süni torpaq sahəsi yaratmaq.

Və əlbəttə ki, bu miqyaslı artırılma heç də ucuz başa gəlmir.

Fransız tikinti şirkəti Bouygues Travaux Publiques suyun flora və faunasını digər qorunan ərazilərə keçirərək 3D çaplı süni sualtı qayalar yaratmağı planlasa da, risklər çoxdur.

Dəniz mütəxəssisləri bildirirlər ki, torpaq salınmasını nə qədər ehtiyatla aparılsa da, süni adalar tikərək dənizə müdaxilə etmək təbiət və dəniz həyatına birbaşa təsir göstərəcək.

Quru torpaqla əvəzlənəcək ərazidə 100 növdən artıq yosun və minlərlə dəniz canlısı yaşadığı təxmin edilir.

Ekoloqlar, bu cür genişmiqyaslı ofşor layihəsi qarşısında bioloji müxtəlifliyi tam qorumağın qeyri-mümkünlüyü barədə xəbərdarlıq verirlər.

Torpaq meliorasiyası Monako üçün heç də yeni bir şey deyil – 1861-ci ildən bəri ölkə ərazisi 20 faiz artırılıb. Amma indi görünür ki, torpaq ehtiyacını qarşılamaq üçün okean dərinliklərinə əl atmaq lazımdır.

Bununla belə, elektrikli maşın sürən və ətraf-mühiti müdafiə kampaniyalarına fondu vasitəsilə milyonlar ödəyən şahzadə ölkəsinin genişlənirilməsinin mühitə təsirini yüz ölçüb bir biçmək barədə israrlıdır.

Portier Cove-ın unikal çətinliyi isə ustalardan HQE Amenagement, Bina İnkişafı Təşkilatının Ətraf-Mühitin Qiymətləndirilməsi Metodu standartı və Təmiz Limanlar yarlığı daxil olmaqla bir sıra beynəlxalq şəhərsalma inkişafı sertifikatlarının istənilməsidir.

Layihənin başqa inkişaf edən ölkələr üçün nümunə olacağına ümid edilir./qaynarinfo



Oxunub: 304






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim