reklam
USD
27 ℃
EUR
BAKI

Yaponiya ABŞ və KXDR liderlərinin görüşü üçün ilkin şərtlərin genişləndirilməsinə çağırır

Dünya / 25.03.2018 10:37
Yaponiya ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında keçiriləcək görüş üçün Pxenyan tərəfindən əlavə ilkin şərtlər siyahısına daxil edilən tələblərin icrasına çağırır.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, belə bir xahişlə Yaponiyanın xarici işlər naziri Taro Kono bu yaxınlarda Vaşinqtonda olarkən çıxış edib. İlkin şərtlərə KXDR-in kəşfiyyat orqanları tərəfindən oğurlanmış yapon vətəndaşları probleminin həll edilməsi və Yaponiyanı vura biləcək orta məsafəli raketlərdən imtina edilməsi daxildir. Eyni zamanda, T.Kononun ABŞ tərəfindən bu dövlətin Pxenyandan nüvə silahını tamamilə ləğv edəcəyi və bunun yoxlanılması üçün öz atom obyektlərinə Beynəlxlaq Atom Enerjisi Agentliyinin nümayəndələrini buraxacağı barədə vəd alamasını xahiş etdiyi də bildirilir.

Kyodonun məlumatında vurğulanır ki, Yaponiyanın Baş naziri Şinzo Abenin ABŞ-a apreldə planlaşdırılan səfəri zamanı da Yaponiyanın bu mövqeyinin təkrar səslənəcəyi gözlənilir. Tokionun bu fəallığı onunla izah edilir ki, Yaponiya hökuməti ABŞ və KXDR liderlərinin görüşü zamanı Yaponiyanın maraqlarının və təhlükəsizliyinin kənarda qalacağından ehtiyat edir. Qeyd olunur ki, ABŞ administrasiyasının nümayəndələri Yaponiya tərəfinin narahatlığını başa düşdüklərini və məsələyə diqqətlə yanaşacaqlarını bildiriblər.


Oxunub: 409






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim