reklam
USD
7 ℃
EUR
BAKI

Astara-Rəşt dəmir yolu vasitəsilə Avropa Fars körfəzinə çıxış əldə edəcək

İqtisadiyyat / 30.03.2018 11:50
İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi barədə sazişin imzalanması "Şimal-Cənub” layihəsinin reallaşdırılmasında əsas amillərdən biridir.

Bunu Trend-ə nəqliyyat sahəsində əməkdaşlıq proqramı TRACECA-nın Azərbaycan üzrə milli katibi, yük daşımaları üzrə ekspert Akif Mustafayev deyib.

A.Mustafayev qeyd edib ki, "Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas məqsədi Rusiya və Şimali Avropa ölkələri üçün Fars körfəzinə birbaşa dəmiryolu çıxışının əldə edilməsidir:

"Bu, Astara və Rəşt arasında dəmiryolu əlaqəsi yaradılmadan mümkün deyil. Bu gün Rusiyadan İrana gətirilən yüklər yolun bir hissəsini avtomobil nəqliyyatı ilə daşınır. Bu isə yükləmə və boşaltma işlərinə görə ləngiməyə səbəb olur. Bu xəttin tikintisi bizə "Şimal-Cənub” dəhlizi çərçivəsində tam dəmiryolu marşrutunu yaratmağa imkan verir”.

Ekspertin sözlərinə görə, digər vacib amil Azərbaycanın Astara-Rəşt dəmir yolunun tikintisinə töhfəsidir:

"Bildiyiniz kimi, Azərbaycan bu layihənin reallaşdırılmasına 500 milyon dollar ayıracaq. Bununla da, Azərbaycan bu layihəyə öz töhfəsini verir. Bundan başqa, İranın Astara şəhərində dəmiryolu tikiləcək. Bu stansiyanın tikintisi 60 milyon dollar təşkil edəcək və Azərbaycan bu həcmi də ödəyəcək. Hesab edirəm ki, bu məbləğ 500 milyon dollara daxildir. Bu stansiyanın əhəmiyyəti onun 15 il müddətinə Azərbaycanın idarəçiliyinə verilməsindədir. Bu 15 il isə "Şimal-Cənub” dəhlizi ilə yük daşımalarının canlanması müddətinə düşəcək”.


Oxunub: 360






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim